UNDATED:  In this handout from Television Espanola, Spanish television journalist Letizia Ortiz Rocasolano sits at a desk.  Her engagement to Spain's heir Prince Felipe was announced by the palace on November 3, 2003. The wedding will take place at the start of summer 2004 at Almudena Cathedral in Madrid.  (Photo by Television Espanola/Getty Images)

Yaraşıqlı krallara ərə gedən gözəlçələr – FOTOLAR

Baxış sayı: 1. 723

Bütün qızların uşaq vaxtı ən sevdiyi nağıl və izlədiyi cizgi filmi yəqin ki, “Zoluşka” olub. İnanmıram ki, bu nağıl hansısa qızın xatirələrində dərin iz qoymasın… Çoxumuz Zoluşkanın taleyini yaşayıb xoşbəxtlik quşunun bizim də başımıza qonmasını arzulamışıq. Bu nağıl qeyri-mümkün görünsə də, əslində əlçatmaz arzu deyil. Belə ki, kino və moda sənayesinin bəzi nümayəndələrinin başına xoşbəxtlik quşu qonub və şahzadə ilə evləniblər.

Bu yazıda məhəbbət macəraları ilə məşhurlaşıb kraliça titulunu qazanmış ən tanınmış gözəlləri yada salmışıq.

 

Letisiya Ortis Rokasolano

Teleaparıcı Letisiya Ortis Rokasolano şahzadə titulunu gözəl gözləri sayəsində qazanıb. Qızın anası tibb bacısı, atası isə taksi sürücüsü işləyib. Belə bir versiya irəli sürülür ki, İspaniya taxt-tacının vəliəhdi şahzadə Felipe jurnalistlə şam yeməyi dəvətində tanış olur və ilk baxışdan vurulur.

Baxmayaraq ki, jurnalistin keçmiş nikahı uğursuz alınmışdı kral ailəsi onu buna görə, qınamır. Məktəb müəllimi olan ilk əri ilə kilsə nikahı olmadığına görə, katolik kilsəsi şahzadə ilə onların evliliyinə mane olmur. 2004-cü ildə “Zoluşka” nağılı reallaşır. Belə ki, Madriddə təmtəraqlı toy mərasimi keçirilir və Letisiya krallığın əlahəzrət dilbəri adına layiq görülür.

Bu yaxınlarda kral Xuan Karlos I taxt-tacdan imtina edir, tacını və səltənətini oğluna, kraliça titulunu isə – şahzadə Letisiyaya təqdim edir. Yeri gəlmişkən, Felipe və Letisiya nikahdan 10 il sonra hələ də bir-birinə qarşı olduqca diqqətlidirlər.

 

Принцесса Астурийская Летисия и принц Фелипе

Принцесса Астурийская Летисия и принц Фелипе

Kendra Spears

Kendra Spearsın zəngin iş adamı Rəhim Ağa Xan ilə olan nikahları bir çox səbəblərə görə, maraqlıdır. Həyat yoldaşından 17 yaş kiçik olan 25 yaşlı top model Amerikada dünyaya gəlib. Digər dinə və məzhəbə qulluq edən model evlənəndən sonra ərinə görə, islam dinini qəbul edir. Buna baxmayaraq, təvazökar həyat tərzi sürmür, jurnalların üz qabığına açıq-saçıq pozalar verir və xanım tərki-dünyalığa hazır olduğu təsiri bağışlamır. Amma bu, cütlüyün münasibətlərinə qətiyyən təsir göstərmir, hələ də birlikdə firavan yaşayırlar. Kendra Spears dünyanın ən cazibədar modellərindən biri Sindi Krouforda bənzəyir. Sanki bir almanın yarısıdılar…

Kendra milyarder müsəlmanla evləndikdən sonra üslubunda bəzi dəyişikliklər edir. Belə ki, model milli geyimlər geyinməyə başlayır. Modellik fəaliyyətini ilə vidalaşmağa isə hazırlaşmır. Sevimli ər arvadının modellik karyerasına hörmətlə yanaşır. Çünki onun babası, atası və qardaşı da dünyanın ən cazibədar qızları ilə ailə qurublar. Görünür, bu nəsil ənənəsinə çevrilib.

Bu ənənənin təməlini Rəhim Ağanın babası qoyub. Babası vaxtı ilə Hollivudun məşhur aktrisası olan Rita Xeyvortla evlənib. Şahzadənin atası ingilis modeli Sara Kroket-Pulla, Rəhim Ağanın kiçik qardaşı isə gözəlçə Kristi Vayt ilə ailə qurub. Keçən il vəliəhd şahzadə özü də bu ənənəyə sadiq qalaraq modellə evlənir.

Кедра Спирс в рекламной кампании Escada

Принц Рахим Ага Хан и и принцесса Сальва Ага Хан

Принц Рахим Ага Хан и и принцесса Сальва Ага Хан

Rita Xeyvort

Hollivudun gözəllik ilahəsi və Amerikanın erotik idolu olmaq Rita Xeyvortun yeganə missiyası deyildi. Belə ki, o həm də fars şahzadəsi adını qürurla daşımaq şansına sahib olur.

Kino ulduzun coşqun şəxsi həyatı mətbuat üçün həmişə xüsusi mövzu kimi diqqət kəsb edib. Playboy, şərqin vəliəhdi və milyonçu Rita Xeyvortun 3-cü qanuni həyat yoldaşı olur. Şahzadə ilə aktrisa 1948-ci ildə Kann Kino festivalında tanış olmağa müvəffəq olublar. Əli aktrisanın qayğısına qalmağa başlayanda, Rita hələ özünə gəlməmişdi. Belə ki, aktrisa ikinci ərindən təzəcə ayrılmışdı. Tanışlıqdan bir il sonra aktrisanın qızı Yasmin dünyaya gəlir, bununla da onun kino karyerasına son qoyulur. Təəssüf ki, bu xoşbəxtliyin ömrü qısa olur. Cütlüyün nikahı iki ildən sonra böhrana uğrayır. Sosial ziddiyyətlər və həyat yoldaşının çoxsaylı xəyanətlərinə görə, aktrisa ərindən ayrılır.

Рита Хейворт

Рита Хейворт и принц Али Хан

Qreys Kelli

Hollivudun ikinci şahzadəsi Qreys Kelli olur. Qreys Kelli həqiqi gözəl xanım, gözəlliyi ilə yanaşı, kübar və zərif aktrisa idi. Amerikalı aktrisa tez-tez aşiq olurdu, idealını axtarırdı, bəlkə də uşaqlıqda oxuduğu çoxsaylı nağıllar onu öz şahzadəsini axtarmağa sövq edirdi. Bir gün bu nağıllar həqiqətə çevrilir. Qreys axtardığı şahzadəsini tapır, o Monako şahzadəsi ilə evlənir. Ancaq bu hekayətin nağıldan bir fərqi var – Qreysin nağılı xoşbəxt sonluqla bitmir…

Aktrisanın iki dəfə evli olub boşanmış Klodius Şarl Filiplə münasibətləri atasının narazılığı ucbatından baş tutmur. İran şahı Rza Pəhləvi ilə Qreys “Uoldorf Astoriya” otelində tanış olurlar. Yaraşıqlı şah Qreysin zərifliyinə, gözəlliyinə o qədər məftun olur ki, qayıtmazdan öncə aktrisaya evlilik təklif edir. Qreys evlilik təklifini rədd etsə də, şahın ona hədiyyə etdiyi brilyant, mirvari zinət əşyalarından imtina etmir… Aktrisanın anası qızından hədiyyələri dərhal geri qaytarmasını tələb edir, Qreysin isə belə bir niyyəti yox idi. Sonralar aktrisa bu bahalı hədiyyələri rəfiqələrinə paylayır.

Növbədə Monako knyazı III Rene idi. Onunla tanışlıqları Qreys Kellinin karyerasının zirvəsinə yüksəldiyi, 1955-ci ildə Kann festivalında baş tutur. Qreys ilk gördüyü, əlindən sıxdığı an Monako knyazı aktrisaya aşiq olur, uzun-uzun məktublar yazır… Aktrisa, nəhayət, şahzadəsini tapır, valideynlər də bu seçimdən razı idi. 1956-cı ilin 18 aprelində knyazla aktrisa təmtəraqlı şəkildə evlənirlər.

Monako şahzadəsi olduğu ilk gündən Qreys xeyriyyəçiliklə məşğul olmağa başlayır. Xəstəxanalar, uşaq bağçaları, qocalar evi açır. Rene ilə evlilikdən aktrisanın Karolina, Alber və Stefaniyə adlı övladları dünyaya gəlir. Lakin getdikcə Qreysin həyatı öz rəngini itirirdi. Ər artıq uzun-uzadı məktublar yazan o aşiq deyildi. Münasibətlərdə soyuqluq yaşanırdı. Reneni Qreysin problemləri, düşüncələri zərrə qədər maraqlandırmırdı. Əksər kişilər kimi Renenin də romantik duyğuları evliliyə qədər imiş…

Aktrisa təskinliyi şer deməkdə tapır. Altı il ərzində Qreys şer gecələrində şer söyləyir. 1982-ci il 13 sentyabr tarixində aktrisa qızı Stefaniya ilə olduğu maşında qəza törədir. Maşında ana ilə qızının mübahisə etdiyi deyilir. Qızı yüngül zədələrlə canını qurtarsa da, aktrisa ölümdən yaxasını qurtara bilmir və 52 yaşında vəfat edir. Dəfn zamanı hamı – Qreysin yaxınları və onu heç vaxt həyatda görməyən hər kəs ağlayırdı. Hamıdan çox ağlayan isə knyaz Rene idi. Həyat yoldaşının ölümündən sonra knyaz daha evlənmir.

Свадьба Грейс Келли и князя Ренье III фото

Грейс Келли и князь Монако Ренье III фото

Uollis Simpson

Kim bilə bilərdi ki, sərxoş ərinin kötəklərindən qaçıb, cibində bir senti də olmayan kifir Uollis kralın qəlbinə yol tapa biləcək? Uollis gözəl olmadığını özü də bilirdi, elə buna görə də, öz üzərində dayanmadan işləyirdi. Bu amerikalı xanım qeyri-adi və incə zövq sahibi idi. Onun sadəliyi və incə zövqü geyimlərində, kostyumlarında, hətta reprikalarında özünü göstərirdi.

XX əsrin əvvəllərində onların sevgisi dünya mətbuatında sensasiya olur. Şahzadə Edvard Uollis Simpsona aşiq olandan sonra İngiltərə monarxiyası üçün son dərəcə vacib dəyişikliklər baş verir. Uollis amerikalı, özü də evli idi. 1934-cü ildə Uollis ərindən ayrılır və şahzadə ilə şiddətli məhəbbət macərası yaşayır. Edvard 1936-cı ildə İngiltərə kralı olur. Amma krallığın qanunlarına görə, Uollislə evlənə bilməzdi. Buna görə o öz taxt-tacından imtina edərək Uollislə evlənir. “Mən üzərimə düşən ağır vəzifəni sevdiyim qadın yanımda olmadığı halda daşıya bilməyəcəyəm” deyir və taxt-tacını sevgisinə dəyişir. Sonra hersoq və hersoginya Fransaya mühacirət etməyə məcbur olurlar və ömürlərinin sonunadək orada yaşayırlar.

Уоллис Симпсон и король Великобритании Эдуард III фото

Герцог и герцогиня Виндзорские




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir