Zumrud Haqverdiyeva 1

Yas psixologiyası haqda bilmədikləriniz – “SEANS VAXTI”

Baxış sayı: 546

Kədər – sevilən birinin ölümünə verilən, təbii reaksiyadır.  Yas prosesi dörd əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Bir neçə saatdan, bir neçə həftə. Bu  mərhələdə insan ölüm həqiqətini qavramaqda çətinlik çəkir.  Çaşqın, darıxdırıcı, reaksiyasız ola bilər, boşluq hissinj yaşaya bilər. Bu dövrdə xatırlamada çətinliklər ola bilər.

 Mərhələ 2: İnsan getdikcə daha çox itki ağrısını hiss edir, kəskin həsrət yaşayır, mərhumu axtarır, ağlayır. Qəzəb, narahatlıq, qorxu və həyəcan, diqqəti cəmləməkdə çətinlik, maraqlı  şeylərə qarşı istəksizlik müşahidə edilə bilər. Düşüncə  həmin şəxslə  məşğuldur.  Günlərlə və ya həftələrlə davam edə bilər.

Mərhələ 3: Geri qayıtmayacağının dərk edir və  ümidsizlik və çarəsizlik hissləri yaranır.

Mərhələ 4:  İnsanın həsrət və kədər duyğularının intensivliyi getdikcə azalır.  Xatirələr itmədiyi halda, insan itkidən əvvəlki vəziyyətinə qayıdır, həyatını yenidən qurur, gələcəyə ümid  edir.

 

Yas müddətində görülən əlamətlər;

1) Bədənin reaksiyaları; Baş ağrısı, sinədə ağrılar, boğazda düyünlənmə, ürək bulantısı, qusma, aclıq, nəfəs darlığı və.s

2) Emosional əlamətlər; ölümü inkar etmək, ağlamaq, qəzəblənmək, itirmək qorxusu, narahatlıq, güvənsizlik.

3) Psixoloji əlamətlər: Hələ də yaşadığını hiss etmək, səsini duymaq, xəyalını canlandırma.

4) Davranış reaksiyaları; Özünü işə vermək, daima başqalarını kömək etmək və.s

 

Yas dönəmin də olan şəxslərdə nələrə diqqət edilməlidir?

1) Qidalanma, yuxu kimi vacib ehtiyacların ödənilməsi.

2) Güvəndə hiss edəcəyi mühitin yaradılması.

3) Narahatlıq, qəzəb və.s kimi duyguların ifadə etməsinə kömək etmək

4) Həyatı ilə bağlı bəzi məsələlərdə anidən qərar dəyişməsinə maneə olmaq.

5) Bunun bir müddət olduğunu ifadə etmək.

6) İçki, siqaret tipli aldadıcı yollardan qaçındırmaq.

7) Bu müddət də psixoloji problemlərin ola biləcəyini nəzərə alaraq, bir mütəxəssisdən kömək almaq.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir