“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Yaşıl borş reseptini təqdim edəcəyik.
Tərkibi:
*1 böyük dəstə ispanaq;
*1 böyük dəstə keşniş;
1 böyük dəstə cəfəri;
*1 böyük dəstə yaşıl soğan;
*1 böyük dəstə şüyüd;
*1 böyük kartof;
*1 ədəd kök;
*1 ədəd yumurta;
*30 qram kərə yağı;
*Duz, istiot zövgə görə.
Hazırlanması:
3 litr su qazan ağzına kimi dolmamaq şərti ilə tökürük, kiçik doğranılmış kartof və kökü əlavə edirik və plitəyə qoyuruq. Su qaynayana kimi göyərtini təmizləyirik, yuyub doğrayırıq.
Kartof və kök yumuşalan kimi, əvvəlcədən hazırlanmış göyərtini qaynayan suya əlavə edirik və bir neçə dəqidə qaynadırıq, sonra duz və kərə yağı əlavə edirik, qarışdırırıq.
Yumurtanı ayrıca qabın içərisində sındırıb çalırıq, sonra tələsmədən və fasiləsiz qarışdıraraq onu qaynayan borşa əlavə edirik. Plitəni söndürürük. Borş hazırdır!
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan