yataq otagi1

Yataq otağı necə səliqəyə salınmalıdır?

Baxış sayı: 1. 891

Dağınıqlıq yataq otağını çox dolu göstərir. Əgər istifadə etmədiyiniz geyim, ya da aksesuar kimi şeyləri yığırsınızsa, yeni bir şey almazdan qabaq köhnəni uzaqlaşdırmaq prinsipini istifadə edə bilərsiniz.

Nəzərə çarpan bir dəyişiklik üçün istifadə edilməyən, köhnəlmiş, ya da evin başqa otağında qala biləcək şeyləri otaqdan çıxarmalısınız. Bu, köhnə bir t-shirt də ola bilər, bir abajur da. Sevdiyiniz yataq otağı aksesuarlarından başqa istifadə etmədiyiniz heç nəyə otağınızda yer verməyin.

Evin daha çox istifadə etdiyiniz hissələrində göz önündəki dağınıqlıqdan xilas olmaq üçün yataq otağını bir depoya çevirməyə başlamısınızsa, buna bir son qoymalısınız. Növbəti mərhələdə yataq otağında saxlamaq istədiyiniz kitab, geyim, eynək kimi əşyaları siyirmələrdə saxlayın. Əgər siyirmələri səliqəyə salmağınıza baxmayaraq orada da yer yoxdursa, divar rəfi istifadə edə bilərsiniz. Bütün əşyaları səliqəyə saldıqdan sonra yerləri təmizləyin.

Geyim şkafını və siyirmələri gözdən keçirin. Ən az 6 aydır geyinmədiyiniz dar və böyük olan geyimləri ayırın. Qalanları qatlayın. Eyni tip geyimləri qruplaşdıraraq yenidən yerləşdirin. İstifadə etmədiklərinizi isə ehtiyacı olan insanlara verə bilərsiniz. İçində olduğunuz fəslə uyğun geyimləri göz önünə çıxarın və digər fəsillərin geyimlərini xurcunlara yığaraq geriyə yerləşdirin.

Böyük marketlərdən geyim və aksesuarlara uyğun dizayn edilmiş qutular ala bilərsiniz. Ayaqqabı qutuları, aksesuarlar üçün siyirmədaxili qutular, kəmərlər üçün asılqanlar belə vaxtlarda köməyinizə gələcək.

Boş çamadanlarınız varsa, boş saxlamaqdansa, uzun müddət istifadə etməyəcəyiniz əşyaları onların içərisinə yerləşdirə bilərsiniz. Yatağınızı hər gün səliqəyə salın, çirkli paltarları səbətə atın istifadə etdiyiniz əşyaları hər istifadədən sonra müəyyənləşdirdiyiniz yerlərinə geri qoyun. Bütün bunları vərdiş halına gətirdikdən sonra hərəkətlərinizin avtomatikləşdiyini gördükcə özünüz də təəccüblənəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir