komputer

Yatırım vədi ilə dələduzluq: Sosial media reklamları təhlükə saçır

Baxış sayı: 430

Sosial şəbəkələrdə yayılan saxta investisiya elanları milyonlarla insanı hədəf alır. Xüsusilə “deepfake” texnologiyası ilə hazırlanan videolar dələduzların planlarını daha inandırıcı göstərməsinə şərait yaradır. Kibertəhlükəsizlik şirkəti “ESET” maliyyə dələduzluğundan qorunmaq üçün bir sıra tövsiyələr paylaşıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, son illərdə maliyyə dələduzluğu nəticəsində 6,6 milyard dollarlıq zərər qeydə alınıb. Əksər hallarda bu cür halların başlanğıcı sosial şəbəkələrdə yayılan aldadıcı reklamlar olur. Bu reklamlar insanları şəxsi məlumatlarını paylaşmağa və ya saxta investisiya təkliflərinə yönləndirməyə çalışır.

2025-ci ilin iyununda “Instagram”da qanuni bankları təqlid edən elanlar aşkarlanıb. Burada yüksək faiz təklifləri və ya “deepfake” texnologiyası ilə hazırlanmış “investisiya mütəxəssisi” videoları vasitəsilə istifadəçilərin məlumatları ələ keçirilməyə çalışılıb. 2024-cü ildə ortaya çıxan “Nomani Truva Atı” kampaniyasında isə yerli media qurumlarını təqlid edən saxta saytlarla istifadəçilər dələduzluğa cəlb olunurdu.

Bu kampaniyaların əsas xüsusiyyətlərinə lokallaşdırılmış məzmun, “Facebook”, “Instagram”, “X”, “YouTube”, “Messenger” və “Threads” platformalarında saxta reklamlar, “deepfake” referanslı videolar, ələ keçirilmiş hesablar vasitəsilə yayılan paylaşımlar və ortaq server infrastrukturundan istifadə daxildir. Məqsəd, qurbanların şəxsi məlumatlarını ələ keçirərək onları investisiya dələduzluğuna və ya zərərli proqramların yüklənməsinə sövq etməkdir.

 

Niyə asanlıqla aldanırıq?

* Çətin iqtisadi şəraitdə tez və asan qazanc vədləri cəlbedici görünür.

* Mobil cihazlarda diqqət müddəti qısa olduğundan xəbərdarlıq siqnalları nəzərdən qaçırılır.

* “Deepfake” kimi yeni üsullar barədə kifayət qədər məlumatlı deyilik.

* Dələduzlar məzmunu lokallaşdıraraq qanuni görünən hesablarla yayımlayır.

* Bankların mövcud qoruma mexanizmləri, xüsusilə telefonla aparılan inandırma cəhdlərində yetərli olmur.

Yatırım vədi ilə dələduzluq: Sosial media reklamları təhlükə saçır

Nələrə diqqət etməli?

* Gerçək ola bilməyəcək qədər yüksək gəlir və ya qeyri-adi faiz təkliflərinə şübhə ilə yanaşın.

* Tanınmış şəxslərin istifadə olunduğu reklamlarda məlumatı rəsmi mənbələrdən yoxlayın.

* Keyfiyyətsiz, səs və görüntü uyğunluğu zəif və ya süni səslənən videolara diqqət edin.

* Sürətli qərar vermənizi tələb edən təkliflərdən uzaq durun.

* “Zəmanətli gəlir” vədlərinə inanmayın.

 

Necə qorunmaq olar?

* Online investisiya reklamlarına klikləməkdən çəkinin, doğruluğunu müstəqil mənbələrdən araşdırın.

* Tanımadığınız şəxslərdən gələn təklifləri görməməzlikdən gəlin.

* Şəxsi və maliyyə məlumatlarınızı heç vaxt internet reklamları sonrası paylaşmayın.

* Yatırım etmədən əvvəl şərtləri və riskləri tam anlayın.

* Cihazlarınızı daim yenilənən təhlükəsizlik proqramları ilə qoruyun.

 

Paşa Məmmədli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir