Yatmaq forması nədən xəbər verir?

Baxış sayı: 1. 325
İnsanı tanımaq istəyirsizsə, onun yatış şəklinə fikir verin. Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız.
Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır. Embrion – ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Bu formada yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar.
Dik yatış – sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar.
Yaşlı yatışı – böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin səviyyəsində bükülən insanlar təbiiliyi sevirlər. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlər.
Əsgər yatışı – qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa-sola dönəcək şəkildə yatanlar sakit, ağzı bütöv olurlar.
 
Üzü üstə – üzü üstə, ayaqlar aralı və düz, qollar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirlər. Tənqid edilməyi sevmirlər.
Ulduz yatışı – kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.
Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir, dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir