10 ədəd yüksək kalorili və zərərli qidaların siyahısı, şübhəsiz maraq doğurur. Rusiya mətbuatının təqdim etdiyi həmin siyahıdakı qidaları yuxudan əvvəl yemək qətiyyən məsləhət görülmür.
Makaron məhsulları
Axşam yeməyində qəbul edilməsi məsləhət bilinməyən qidalardan biri də makaron məhsullarıdır. Əlbəttə ki, belə məhsulların hazırlanması çox rahatdır, ancaq yadda saxlayın ki, onlar külli miqdarda karbohid mənbəyidir. Siz yatağa uzananda bu karbohidratlar piyə çevrilir. Bu cür qidaların yatmazdan ən azı 3 saat öncə yemək olar.
Pizza
Pizzanı çox adam sevir. Onu da yüngül şam yeməyi adlandırmaq olmaz. Həzm sisteminə bir günə yaxın vaxt lazımdır ki, bu qidanı tam olaraq həzm edə bilsin. İndi təsəvvür edin ki, gecə vaxtı orqanizm necə gücə düşür. Bundan əlavə, pizzanın tərkibində turşuluq miqdarı yüksək olan inqridientlər mədə qıcqırmasına səbəb ola bilər.
Şirniyyat
Nə yeyiriksə, oyuq. Nə yediyinizin hətta yuxunuza da girdiyini bilirsinizmi? Sözün hərfi mənasında. Şirniyyatın tərkibində olan yüksək miqdarda şəkər və yağ kəllə beyninə təsir göstərir. Bu səbəbdən də qarabasmalara səbəb ola bilər. Əgər yatmazdan öncə şirin bir şey istəyirsinizsə, meyvə ilə kifayətlənin.
Qırmızı ət
Qırmızı ət dəmir və zülal mənbəyidir. Ancaq böyük və şirəli ət dilimi sizi şirin yuxudan edə bilər. Yatmaq üçün orqanizmin bütün hissələri sakitləşməlidir. Ət isə mədənin güclə işləməsinə səbəb olur.
Şokolad
Qara şokolad yaddaşa və beynə yaxşı təsir göstərir, ancaq eyni zamanda qarın çıxmasına səbəb olur. Xüsusilə də axşam vaxtı yeyilərsə. Bədən sakit vəziyyətdə olanda kalori piyə çevrilir.
Tərəvəz
Tərəvəz dadlı və faydalı dietik qidadır. Ancaq yuxudan əvvəl ən yaxşı seçim deyil. Misal üçün soğan, brokkoli və kələmdə çoxlu sayda həzm olunmayan liflər var. Bu liflər mədədə uzun müddət toxluq hissi yaradır.
Alkoqol
İstənilən alkoqollu içki yuxu qatilidir. Bu, hətta gecə vaxtı tərləməyə də səbəb ola bilir. Alkoqollu kokteyllər yuxunu çətinləşdirməklə yanaşı, çoxlu sayda kalori mənbəyidir.
Fast-fud
Hər bir yağlı və kalorili qida kimi fast-fudu da axşam rasionundan çıxarmaq lazımdır. Müxtəlif burqerlər çoxlu sayda mədə şirəsi yaradılmasını stimullaşdırır. Bu da gecə vaxtı mədə qıcqırmasına səbəb ola bilir. Hələ kökəlmədən danışmırıq.
Sərt souzlar
Çili souzu və digər sərt ədviyyatlar müəyyən qarışıqlarda çox faydalıdır. Lakin həddən artıq sərt souzların yuxudan əvvəl qəbulu tövsiyə olunmur. Oların kalorisi çoxdur və zülallarla zəngindir.
Çipsi və digər suxarılar
Çipsi, ləpə, yeməli çöplər və pivə üçün çərəzlər, ümumiyyətlə, rasiondan çıxarılmalıdır. Bu qidaların tərkibində olan çoxlu sayda qlutamat natri yuxu pozğunluğuna səbəb olur.
Ağır iş günündən sonra orqanizmin bütün funksiyalarına istirahət lazımdır. Həzm sistemi də istisna deyil.
Bakı şəhəri 54 saylı orta məktəb