qayinana

Yaxşı gəlin olmaq istəyənlərə 8 məsləhət

Baxış sayı: 1. 871

1. Ayrı yaşayın. Qaynananızla yaxşı münasibətlərin təməlini qoymaq üçün ayrı yaşayın. Psixoloq O.Q.Torsunovun fikirlərinə əsasən qadın kişinin, kişi isə qadının ailəsini toydan sonra öz doğmalarından daha çox sevməlidir. Yalnız bu halda mehriban ailədən söhbət açmaq olar. Düşünəndə ki, yoldaşınız sizin valideyinlərinizə dəyər verəcək və onları həmişə qoruyacaq bu fikir çox cəzbedici səslənir.

2. Qaynananıza hörmət edin. Onu sevməyə çalışın. Nəyə görə? Ən az ona görə ki, sizi xoşbəxt edən insanı o böyüdübdür. Düşünün ki, sizə qarşı göstərdiyi pis davranışların 2 səbəbi ola bilər: oğluna qarşı məhəbbət və ya sizə qarşı qısqanclıq hissi. Buna görə də müharibə elan etmədən öncə düşünün.  O daima sizin həyatınıza qarışırsa: köynəyi necə ütüləməlisiniz, yeməyi necə bişirməlisiniz, uşaqların tərbiyəsini necə qurmalısınız deyə məsləhərlər verirsə-onu dinləyin və onun istədiyini etməsəniz belə cavab qaytarmayın.

3. Ciddi olun. Qaynanaız gelə getdikdə açıq-saçıq geyim, parlaq makiyajdan imtina edin. Qaynananız bu jesti özünə hörmət kimi dəyərləndirəcək.

4. Ona diqqət göstərin. Qaynananızı bayramlarda təbrik etməyi unutmayın, hətta qonaq gedəndə belə əliboş getməyin. Bazarlıq edəndə zəng vurub nəyə ehtiyacı olduğunu xəbər alın. Ara-sıra səbəbsiz zəng vurub halını xəbər alın, evdə baş verən yeniliklər haqqında (şəxsi olmayan) xəbər verin.

5. Ondan faydalanın. Sİzə məsləhət verərkən özünü faydalı hiss edən qaynananıza bu şansı verin. Uşaqları qoyub bir yerə getmək üçün, mürəbbə-şoraba bağlamaq işlərində onun köməyindən və məsləhətlərindən faydalana bilərsiniz.

6. O əsasdır. Hər halda belə düşünməyi daha məqsədəuyğundur. Onun yanında yoldaşınızı öpüb-qucaqlamaqdan çəkinin. Onunla mübahisələrdən çəkinin.

7. Yaxşı həyat yoldaşı olun. Bu istənilən qaynananın ürəyincə olar. Oğlunu təmiz, səliqəli, həyatından razı görən ana həmişə xoşbəxt olacaq.

8. Boş atmacalara fikir verməyin. Bəzi qaynanalar gəlini boş yerə «iynələməkdən” zövq alır. Bu halda onun daxilində psixoloji problemlər yaşanır deyə bilərik. Bu halda sizn edə biləcyiniz yeganə şey ona və öz ailənizə qarşı hörmətlə yanaşmaq və sonda sizə dəyər veriləcəyinə inanmaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir