deniz

Yay fəslində uşaqlarda sağlamlıq problemləri

Baxış sayı: 374

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Evşen Çetin yay aylarında uşaqlarda ən çox rast gəlinən problemlər barədə danışıb, mühüm xəbərdarlıqlar və tövsiyələr verib.

Mütəxəssis bildirib, yayda digər mövsümlərdən fərqli olaraq güclü günəş şüalarına məruz qalma,  həşərat dişləmələri, yüksək hava istiliyi ilə əlaqədar olan infeksiyalar daha  çox artır. Buna görə uşaqlı ailələr xüsusilə tətil bölgələrinə gedərkən mütləq ehtiyat tədbirləri almalıdır.

 

Həşarat sancmaları

Dr. Evşen Çetin qeyd edib ki, yay aylarında ağcaqanad dişləmələrinə xüsusilə tez-tez rast gəlinir. Arı sancmaları isə daha təhlükəlidir. Arı sancmaları dəridə kiçik bir dəlik yaradır. İynə dəridə qalıbsa, çıxarılmalıdır. Allergik reaksiya, şok və ya tənəffüs problemləri varsa, uşaq dərhal təcili yardım mərkəzinə aparılmalıdır. Qızartma və şişkinlik yerində bir neçə gün ərzində infeksiya inkişaf etsə də , mütləq həkimə müraciət etmək lazımdır. Həşəratların diqqətini cəlb edən açıq rəngli paltarlardan və ətirlərdən qaçınmaq lazımdır. İki aydan kiçik körpələrdə kimyəvi həşərat qovucuların istifadəsi tövsiyə edilmir, gündə iki dəfə paltarlara həşərat qovusu losyonu sürtmək olar, ağcaqanad torlarından istifadə etmək də faydalı ola bilər.

 

Günəş yanığı

Mütəxəssiz vurğulayıb ki, yayda uşaqların və ailələrin tətilini qorxulu yuxuya çevirə bilən günəş yanığı; Dəridə həssaslıq, qabarma və soyulma halında görünə bilər. Dərinin günəşin ultrabənövşəyi şüalarına məruz qalması nəticəsində yaranan iltihaba qarşı ən yaxşı müalicə üsulu əvvəldən tədbir görməkdir. Geniş yayılmış günəş yanığı sahəsi varsa; Dəri temperaturu tənzimləmək qabiliyyətini itirir və günvurma adlanan vəziyyət yaranır. Bol maye içmək, dərini hava ilə təmasda saxlamaq və nəm muslin bezləri ilə sakitləşdirmək təsirli vasitə hesab olunur. Günvurma zamanı xüsusilə baş ağrısı, ürəkbulanma və qusma kimi şikayətlər zamanı baş və boyun nahiyəsinə soyuq tətbiq etmək lazımdır. Baş ağrısı davam edərsə, yanıq nahiyəsində qabarcıqlar yaranarsa və qızdırma düşməsə, dərhal həkimə müraciət edilməlidir.

 

Sıyrıq və cızıqlar

E. Çetinin sözlərinə görə, yay tətilində demək olar ki, hər bir uşaqda kiçik sıyrıq və cızıqlar müşahidə olunur. Bu kiçik yaralar evdə müalicə edilə bilər və ən azı 10 dəqiqə bol sabunla axan suyun altında yuyulmalıdır. Əgər sıyrıq dərindirsə və qanaxma həddindən artıqdırsa, tikiş tələb oluna bilər və qan itkisi səbəbindən şok yarana bilər. Buna görə də xəstəxanaya müraciət etmək lazımdır. İltihab riski olduğundan bu sıyrıqlar  hər gün tamponlarla təmizlənməlidir. Əgər qanaxma davam edərsə, təcili yardıma müraciət etmək lazımdır. Yara çirkli bir səthdən qaynaqlanırsa, tetanoz peyvəndi və antibiotiklər tələb oluna bilər.

 

İshal

Yay aylarında, xüsusən də həddindən artıq istilərdə infeksiyaların sürətlə artması və yayılması səbəbindən ishal hallarına çox rast gəlinir. Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Evşen Çetin ishala qarşı alınacaq tədbirləri və xəbərdarlıqları belə izah edir: “Xüsusilə yayda istiliyin artması, qida gigiyenasının çətinləşməsi və etibarlı olmayan xarici mənbələrdən alınan qidalar bu infeksiyaların bədənə daxil olmasına səbəb olur. Əllərin tez-tez yuyulması, peyvənd olmaq, qeyri-gigiyenik yerlərdə tez çürüyən qidalardan çəkinmək xəstəlikdən qorunma tədbirləridir. Qidalanmağa mane olacaq dərəcədə sıx qusma və bol ishal uşaqlar üçün təhlükəli ola bilər, çünki bu təqdirdə onların su və qida ehtiyacları təmin edilmir. Şikayətlərin artması hallarında uşağın təcili tibbi yardıma müraciət etmək lazımdır”.

 

Miliariya

Mütəxəssiz qeyd edib ki, miliariya – xırda irinsiz səpki, bəzən kiçik suluqlar, dəriyə yalnış qulluq səbəbi ilə əksər hallarda qatlarda və sürtünmə yerlərində, bəzən də bədənin hər tərəfində əmələ gəlir: “ Miliariya qaşınma ilə müşayiət olunur, lakin uşağın ümumi rifahına təsir etmir və düzgün qulluq etdikdə yox olur.  İsti havada körpəni hər gün yuyundurmaq onun həssas dərisini sakitləşdirir, eyni zamanda, miliariya riskini azaldır. Paltarlar üçün üçün istifadə edilən kimyəvi təmizləyicilər və yumşaldıcılardan qaçınmaq lazımdır, çünki onlar dəri ilə təmasda səpgilərin inkişafını sürətləndirə bilər. Səpki adətən körpələrdə öz-özünə azalır, lakin geriləməzsə, onu digər səbəblərdən və xəstəliklərdən ayırd etmək üçün həkimə müraciət etmək vacibdir”.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir