Gözəl və dəbli gəlinlik hər bir qızın arzusudur. Hazırda dövrün trendinə uyğun gəlinlik tapmaq o qədər də çətin deyil. Çünki bu ilin yay gəlinlikləri öz sadəlikləri ilə seçilir. Ümumiyyətlə, yayda ediləcək toylarda geyimlər nə qədər sadə və rahat olsa, bir o qədər yaxşı olar.
Belə ki, bu yayın gəlinliklərində tül duvaq əvəzinə “vualet” şapkalar dəbdədir. Belə şapkalar gəlinlərin zərifliyinə zəriflik qatacaq. Duvaq taxmağa üstünlük verməyən və sadə toy mərasimini istəyən gəlinlər bu yeni trendi çox bəyənəcək. Həmçinin, onu da qeyd edək ki, bu şapkalar sizə nostalji hisslər yaşadacaq.
Beləliklə, yayın dəbi olan müxtəlif dizaynlı “vualet” şapkaları sizə təqdim edirik.