desert

Yay istisi üçün ən yaxşı desert - RESEPT

Baxış sayı: 428

Bu desert yay aylarında sizin sevimliniz olacaq. İsti günlər üçün ideal seçimdir. Maraqlı olacağını nəzərə alıb, bu resepti təqdim edirik:

 

Tərkibi:

Jelatin – 40 q

Soyuq su – 100 ml

Biskvit peçenye – 200 q

Qatıq pendiri (kəsmik) – 300 q

Xama – 500 q

Şəkər tozu – 200 q

Vanilli şəkər – 1 paket

Çiyələk – 300 q

Qara qarağat – 200 q

Moruq – 300 q

Şokolad – bəzək üçün

 

Hazırlanma qaydası:

Jelatini soyuq su ilə qarışdırıb 15 dəqiqə dincəlməyə qoyun. Bu vaxt 18 sm diametrindəki açılan keks qəlibinin altını folqa ilə örtün və əlinizlə qırılmış peçenyeləri alt qata düzün. Qatıq pendiri, xamanı, vanilli və adi şəkər tozunu blenderlə bircins kütlə alınana qədər çalın.Jelatini su hamamında əridib alınan kütləyə əlavə edin və spatula ilə ehtiyatla qarışdırın. Bütün giləmeyvələri əlavə edib yenidən qarışdırın və kütləni qəlibə tökün. Üzərini doğranmış giləmeyvə və şokoladla bəzəyin.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir