Yay salatlarını orqanizmimiz belə istilərdə daha çox istəyir. Ağır yeməklərin əvəzində rasionumuza belə təamları daxil etməklə orqanizmin yükünü də azaltmış oluruq.
Odur ki, salatların həcmini də süfrənizdə artırmağı tövsiyə edirik.
Və Asan hazırlanan sadə yay salatının reseptini sizə təqdim edirik:
İnqrediyentlər:
Yağsız kolbasa
Xiyar turşusu
Təzə xiyar
Kök
Konservləşdirilmiş yaşıl noxud
Konservləşdirilmiş qarğıdalı
Zövqə görə duz
Mayonez və ya xama
Hazırlanması:
Bütün ərzaqları çiy halda doğrayın, Uzun, çöp formasında ərzaqları doğrayın, mayonez və ya xama əlavə edib qarışdırın.