usaq- komputer

Yay tətilində kompüter və telefonu uşaqlara nə vaxt vermək olar? – MÜTƏXƏSSİSLƏR DANIŞIR

Baxış sayı: 1. 043

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə, kompüter və telefon həyatın ayrılmaz hissəsinə çevrilib. Bu vasitələrə təkcə böyüklər deyil uşaqlar da meyl edir. Yay tətilinə yollanan bir çox məktəblilər də vaxtlarını daha səmərəli keçirməkdənsə, kompüterdə müxtəlif oyunlar, cizgi filmləri izləməklə boş zamanlarını doldururlar.

Bəs görəsən uşaqların kompüterə, telefona bu dərəcədə aludə olması onlarda hansı problemlər yarada bilər?

 

Mövzu ilə bağlı danışan pediatr Günel Rəsulova bildirir ki, uşaqların kompüterdən həddindən artıq istifadəsi onların sağlam inkişafına mənfi təsir edir:

“Üç yaşı tamam olmayan körpələrə telefon, planşet vermək qətiyyən olmaz. Bu yaşda olan uşaqların kompüterlə çox vaxt keçirməsi onların sağlamlığına mənfi təsir edir. Zamanla kompüter və telefonlar uşaqlarda görmə qabiliyyətini aşağı salır, onurğa sütununun düzgün inkişaf etməməsinə, baş ağrılarına, yuxunun pozulmasına və s. müxtəlif problemlərə gətirib çıxarır. Eyni zamanda oturuqlu həyat sürdükləri üçün, az hərəkətlilik onlarda artıq çəki problemi də yaradır ki, bu da gələcəkdə şəkərli diabetə səbəb olur”.

 

Mövzuya psixoloji tərəfdən münasibət bildirən psixoloq Elnur Rüstəmov da kompüterin uşaqlara faydası ilə yanaşı zərərlərindən danışıb:

“Məktəblərdə artıq yay tətili başlayıb və vaxtın çoxluğundan istifadə edən uşaqlar, zamanlarını sosial şəbəkələrdə keçirirlər. Komputerin uşaqların dünyagörüşünün inkişafında, biliklərinin artırılmasında müsbət təsiri olsa da, eyni zamanda onların sağlamlığı ilə bağlı problem yaradan mənfi təsirləri də var. Belə ki, az yaşlı uşaqların bu vasitələrə alüdə olması onların sosial mühitlə əlaqələrini kəsir və həmin uşaqlarda ətarfına, yoldaşlarına qarşı aqesiya, davranış pozuntuları müşahidə olunur. Zamanla həmin uşaqlarda sinir sitemi və psixoloji problemlər yaranır. Uşaqlar kompüterlə məşğul olarkən valideyn mütləq nəzarət etməlidir”.

E.Rüstəmov oxucularımıza kompüterin istifadəsi ilə bağlı da məsləhətlər verdi:

“Ata və ya ana uşağa diqqət, qayğı göstərmədikdə onlar özləri üçün başqa məşğuliyyət axtarırlar. Buna görə də, valideyinlər yay tətilində övladları ilə səmərəli vaxt keçirməli, onlara zaman ayırmalı, əylənə biləcəkləri məkanlara aparmalıdırlar.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir