Yayda doğulan uşaqlar daha sağlam olurlar. İsti aylarda dünyaya gələnlər, həmçinin, “sümüklü” və ucaboy olmaları ilə yaşıdlarından fərqlənirlər.
Bu qənaətə britaniyalı alimlər 450 min insanın sağlamlığı ilə bağlı məlumatları analiz edərkən gəliblər. Lakin alimlər hələlik deyə bilmirlər ki, yayın uşaqların sağlamlığına təsiri konkret hansı mexanizmlərlə bağlıdır.
Ancaq ehtimal edilir ki, əsas faktor yayda hamiləliyin son həftələrində ananın aldığı Günəş şüalarıdır. Çünki orqanizm sümüklərin bərkiməsi üçün lazım olan D vitaminini məhz Günəşdən alır.