geyim

Yayda əlvan rəngləri necə kombin etməli? – FOTOLAR

Baxış sayı: 737

Paltar seçimi edərkən rənglərin bir-biri ilə uyğunlaşmasına diqqət edilməlidir. Qış aylarında daha tünd çalarlar aktual olsa da, yayda rəng ahəngi fərqli işləyir. Bəs hansı yay rəngləri bir-biri ilə daha yaxşı uzlaşır və bizə dəbli obrazlar yaratmağa kömək edir?

Beləliklə, oxucularımızı 5 əsas qayda ilə tanış edirik:

 

Çəhrayı ilə narıncı

80-ci illərdə tarixin ən yaxşı koloristlərindən biri – İv Sen Loranın modaya gətirdiyi xrestomatiya uyğunluğundan
bu gün bir çox dünya şöhrətli moda evlərinin dizaynerləri bəhrələnir. Əhəmiyyətli bir qaydanı yadda saxlamalısınız ki, obrazda bir çalar nə qədər parlaq olarsa, ikincisi də parlaq olmalıdır.

 

Yaşıl və bənövşəyi

Yaşılla bənövşəyinin isə demək olar ki, istənilən çaları bir-birini ideal şəkildə tamamlayır. Qeyd etməliyik ki, yaşılın soyuq çalarları, məsələn, zəngin zümrüd yaşılı ilə bənövşəyi birlikdə daha effektli görünür.

 

Çəhrayı ilə yaşıl

Bu kombin son bir neçə ildə stilistlər və fəşn blogerlərin sayəsində xüsusilə məşhur ola bilib. Hər iki rəngin çalarlarının müxtəlif birləşmələri var. Məsələn, pastel çəhrayı ilə neon yaşıl və ya parlaq çəhrayı ilə zərif yaşıl. Hər halda onlar bir-birlərini mükəmməl şəkildə balanslaşdırırlar, xüsusən də qeyd olunan rənglərdən biri yalnız aksesuarlarda istifadə olunubsa.

 

Çəhrayının müxtəlif çalarları

Qarderobunuza parlaqlıq əlavə etmək istəyirsinizsə, eyni zamanda risk almaq və uzun müddət kombin variantları haqqında düşünməyə vaxtınız yoxdursa, onda sizə bir parlaq rəngin müxtəlif çalarlarının birləşməsinə diqqət yetirməyi məsləhət görürük. Məsələn, çəhrayı. Solğun çəhrayının parlaq versiyası ilə birləşməsi yuxarıdakılardan heç də az təsirli görünməyəcək. Yeri gəlmişkən, barbi obrazı bu il heç vaxt olmadığı qədər dəbdədir.

 

Çəhrayı ilə bənövşəyi

VERSACE весна-лето 2023

Yalnız ziddiyyətli çalarlar bir-biri ilə mükəmməl birləşmir, həm də yaxın tonları birləşdirməklə gözəl bir yay obrazı yarada bilərsiniz. Məsələn, bənövşəyi və çəhrayı. Bu xüsusilə pastel rənglər üçün doğrudur, lakin daha parlaq rənglər də uyğundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir