Ən çox zəhərlənmə halları yay aylarında başlayır. Bunun da əsas səbəbi qidalardakı kimyəvi, süni qatqı maddələrin təsiridir. Zəhərlənmə ilə nəticələnə bilən bu qidalardan sığortalanmaq üçün müəyyən standartlara riayət etmək lazımdır. Açıq havada satılan, istifadı müddəti keçmiş məhsullara diqqət olunmalıdır. Əsasən satışdakı ət və qablaşdırılmış süd məhsulları, pendir, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad, rəngli qazlı içkilər kimi qidalara diqqət etmək lazımdır. Həmçinin, isti aylarda bu qidalar yeyilməsinə xüsusi nəzarət olunmalıdır: qarpız, balıq,yumurta, göbələk, pomidor, dönər, dondurma, tort. Yay ayında trəvəz yüngül sayılsa da, onun yaxşı yuyulmasına da diqqət edilməlidir ki, zəhərlənmə halı baş verməsin.
İsti havalarda əsasən yüngül, tez həzm olunan qidalara üstünlük verilməsi məsləhətdir. Həkimlər yayda balıq yeməklərindən uzaq durmağı məsləhət görürlər. Belə ki, tərkibi sink, zülalla zəngin bu qida yayda qəbul edildikdə gec həzm olunur və bu maddələr mədədə çox qaldıqda zəhərlənmə ilə nəticələnir.
Hər kəsin sevdiyi dondurma o zaman təhlükəli ola bilər ki, tərkibi hədsiz konservant və rəngli maddələrdən ibarət olsun. Dondurma alarkən onun qatqısının az olmasına diqqət edilməsi məsləhətdir. Yaxşı olar ki, ya tanıyıb güvəndiyiniz şirniyyat yerindən alıb yeyəsiniz, ya da özünüz hazırlayasınız.
Pomidor yay yeməkləri sırasında kifayət qədər aktualdır. Amma pomidorların da müəyyən təhlükəsi var. Əgər pomidorun içində yaşıl rənglə qarşılaşırsınızsa, bu təhlükəlidir. Ağ zoğlar onun bol kübrədə yetişməsindən xəbər verir.
Şirniyyat hər zaman vazkeçilməz qidalardandır. Uşaqların sevimlisi olan bu qidalar həm yay, həm də qış aylarında təhlükəlidir. Dadı sevimli olsa da, şirniyyatın insan sağlamlığı üçün zərərlərindən başqa heç bir xeyiri yoxdur. Belə ki, qışda bir o qədər təhlükəli olmayan bu qidalar, yayda qəbul edildikdə ölümlə belə nəticələnə bilər. Yayda tort, şirniyyat qəbulu qan dövranını zəiflədir. Normadan çox qəbul edilən şirniyyat isə ağır nəticələr verə bilər. Həmçinin, şirniyyatın tərkibinə şəkər əvəzinə sintetik şəkərin qatılması, yumurta əvəzinə süni yumurta tozunun və.bu süni qidaların qatılması orqanizmdə gec həzm olmaya, bu da zəhərlənməyə gətirib çıxara bilər.
Bu mövzu haqqında qastrentroloq Günay Əhədova bildirdi ki, orqanizm individualdır. Hər hansı bir qıdanı kim yesə zəhərlənər və ya zəhərlənə bilməz deyə bir əsas yoxdur. Çünki ortqanizmlər fərqlidir. Birini zəhərləndirən qida, digər insan üçün pis nəticə verməyə bilər. Bu orqanizmdə həmin maddələrin reaksiyasından asılıdır. Həmçinin, mədəsində problem olan adama da tez təsir edə bilər. Mədədə öz funksiyasını doğru düzgün həyata keçirə bilmədiyi üçün, ona süni qatqılar ağır gələ bilər. Və tez zəhərlənmə halı yaşana bilər.