SPF – Tərkibli kremlər alın. Bu kremlər dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Dodaqlarınızı və saçlarınızı unutmayın. Onlara SPF tərkibli yağlar çəkə bilərsiniz. Qaralmaq üçün ən yaxşı vaxt saat 9-dan 11-ə kimidir.
Dərinin dözümlülüyünü artırın – Günəşin altına çıxmazdan əvvəl qoruyucu krem çəkin. Tətilə çıxmazdan 3 həftə əvvəlcədən hər gecə qoruyucu krem çəkin. Beləcə dərinizin “stratum corneum” qatı güclənəcək və yanıqlara qarşı dayanıqlı olacaq.
Sızanaqların qarşısını alın – Günəş kremi alarkən tərkibini mütləq oxuyun. Bəzi günəş kremləri dəri və kürəkdə sızanaqların çıxmasına səbəb ola bilər. Günəş kremi almazdan əvvəl üstündə “oil free” yazıldığına əmin olun.
Bir məhsul alın – Nəmləndirici, qaraldıcı və qoruyucu kremləri üst-üstə çəkmək olmaz. Aloe, avakado, C və E vitamin tərkibli nəmləndirici kremlər dərini daha yaxşı qorumaq gücünə malikdir.
Ləkələnməyin – Günəş vannası qəbul etdikdən sonra vücudda ləkələr əmələ gəlir. Bunun səbəbi isə vücudunuzdakı ölü dərilərdən qaynaqlarnır. Günəşə çıxmazdan əvvəl çimərkən bədəninizi yaxşı kisələyin və ölü dərini atın.
Makiyajdan uzaq durun – Çimərlikdə sevgilinizə görə görünmək istəyiniz və makiyaj dərinin ləkələnməsinə səbəb ola bilər. Onun yerinə qaraldıcı günəş kremi istifadə edin. Ya da təbiiliyinizlə onu valeh edin.
Mineral spreylər alın – Son illərin ən məşhur məhsullarından biri də təravətləndirici spreylərdir. Günəş altında tərləyən zaman vücudumuz yararlı mineralları itirir. Bu spreylər isə sizə təravət bəxş edir.
Eynək – Günəş vannası qəbul edərkən və yayda küçəyə çıxarkən mütləq eynək taxın. Eynək gözlərin kənarlarını qırışmağa qoymur.