yay

Yayda uşağınıza bunları əsla etməyin!

Baxış sayı: 1. 385

Yay mövsümü ailəvi istirahət və gəzintilər üçün əvəzedilməzdir. Azyaşlı uşaqları olan valideynlər isə, bu qızmar yay günlərində övladlarını küçədə istidən qorumaq üçün hər yola əl atırlar.

“Gencaile.az”  körpənizi isti günlərdə gəzintiyə çıxardanda qətiyyən etməməniz gərəkən məqamları diqqətinizə çatdırır:

Çox vaxt analar gəzinti zamanı uşaq arabasınının üzərinə tənzif və ya digər yumşaq və yüngül parça örtürlər ki, körpələrini gün yandırmasın. Əslində isə, bunu etmək olmaz!

Çünki bu arabanın içərisindəki temperaturun düşməsinə yox, artmasına səbəb olur. Nəticədə uşaq nəfəs almaqda çətinlik çəkir.

Araşdırmalar nəticəsində sübut olunub ki, tənziflə örtülmüş uşaq arabasında temperatur 34 °C olduğu halda, açıq arabada 22 °C olur. Odur ki, arabanı tənzif və ya digər materialdan olan parça ilə örtmək qətiyyən olmaz!

Image result for yayda uşaqlar

 

Azyaşlı uşaqları istidən qorumaq üçün bir neçə məsləhət:

Övladlarınıza yay aylarında təbii parçadan və açıq rəngli geyimlər alın;

Ayaqqabı yumşaq olmalı və ayağını sıxmamalıdır;

Mütləq, baş örtüyü geyindirin;

Özünüzlə gəzintiyə sərin yaşıl çay və ya su götürün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir