Fransalı memar və bloger Jüli Ferreri qüsursuz stili ilə dünyanın bütün qzılarına ilham verir. Blogerin stili adətən moda jurnallarında oxuduğumuz fransız üslubunu əks etdirir:rahatlıq, yüngüllük, düşünülmüş dağınıqlıq və təsadüfi zəiflik. Mürəkkəblik və parlaq makiyaj onun stilinə yaddır. Geyimlərində dəbli memar minimalizmin tərəfdarıdır. Onun üzərində lazımsız detallar və artıq akssesuarlar görə bilmərsiniz. Qarderobu heç zaman dəbdən düşməyən, hər zaman geyinilən bilən universal geyimlərdən ibarətdir. O, öz timsalında onu da göstərir ki, ayaqqabılara doğru sərmaya qüsursuz və şıq qarderobun açarıdır.
Jüli bu yay ağ saboları ilə diqqət çəkib. O, bir çox dəstlərini arxası açıq sabolarla tamamlayır. Bu modelin birinci üstünlüyü odur ki, ayaqqabılar heç vaxt dabanı sürtməyəcək. İkincisi, istənilən görünüşə uyğun olacaq və yazdan payıza qədər aktualdır. Elə bu xüsysuyyətlərinə görə, dünyanın bütün qadınları ona aşiq olub və qarderoblarda tufli ilə basonojkaların seyrəlməsinə səbəb olub.
Bej və qalın dabanlı sabo alan Jüli yaxşı bilir ki, onlar bütün əşyaları ilə birləşir. Özünüz baxın: mini ətək, cins şalvar, şort, paltar və ya kostyum ilə. Əgər bütün yay geyimlərinizin bir ayyaqabı ilə uyğunlaşmasını istəyirsinizsə, sizə ipucu: Ağ, bej və ya qara kimi neytral rəngləri alın.