70-ci illərin dəbindən ilham alın – Enli şalvarlar 70-ci illərdə olduqca dəbdə idi. Bu modelləri retro stilindən ilham alaraq geyinə bilərsiniz. Volanlı papaqlar, tanketka ayaqqabılar bu eleqant şalvarlara çox yaraşır.
Qısa üst geyimlərlə – Bu mövsüm pencək boyları getdikcə qısalır. Mini pencək və jaketləri enli şalvarlarla birləşdirin. Qısa, dəri gödəkçələr də onlarla çox yaraşır.
Kişi tərzinə uyğunlaşdırın – Zərif şalvarları bleyzerlə tamamlaya bilərsiniz. İş xanımları, yaxud ciddi iş görüşlərində bu tərzdə geyinə bilərsiniz.
Qısa köynəklərlə – Yüksək belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə edə bilərsiniz.
Qalın dabanlı ayaqqabılarla birləşdirin – Ayaqqabı seçimində zərif yox, daha çox kobud modellərə üstünlük verin. Xüsusən də qalın dabanlı ayaqqabılarla mükəmməl görünür. Balacaboy xanımlar üçün ideal seçimdir. Lakin hündürboy xanımlar da altı düz ayaqqabılarla geyinə bilərlər.
İncə köynəklər – Bu şalvar modellərini gipürdən hazırlanan köynəklərlə birləşdirmək şansınız var. Zərif bir köynək, “V” yaxalıqlı bluz, ya da incə asqılı köynək ola bilər. /publika.az/