Yay ruhunu istənilən obraza köçürmək üçün dizaynerlər çoxsaylı modellər təklif edir. Xüsusilə aksesuarların çeşidi son dərəcə genişdir. Həsir şlyapalar bu mənada yay qarderobunda ayrıca yer tutur.
Yay stilinin ayrılmaz hissəsi olan donlar, pareo və şortlarla harmoniyası həsir şlyapaları mövsümün əsas aksesuarı edir.
Təsadüfi deyil ki, dünyanın bir çox tanınmış simaları stil ikonası adını məhz bu aksesuar sayəsində əldə ediblər. Hər stillə uyğunlaşan saman rənginin rəngli versiyalarını da tapa bilərsiniz. Bu, əyləncəli obrazlar yaratmaq istəyənlərin ürəyincə olacaq. Çimərlik üçün daha geniş və daha parlaq modellər seçə bilərsiniz.