geyim

Yayın saronq ətək dəbi – FOTOLAR

Baxış sayı: 603

Dəbin demokratikləşməsi o yerə çatıb ki, biz çox vaxt eyni geyimi fərqli vəziyyətlərdə də geyinə bilirik. Məsələn, idman şalvarları və kapüşonları çoxdan idman zalından kənara çıxıb, “şəp-şəplər” də artıq çimərlik ayaqqabıları hesab edilmir. Çimərlik geyimindən gündəliyə keçən başqa bir geyim saronq ətəklərdir.

Cənub-Şərqi Asiya xalqlarının ənənəvi geyimi olan saronqdan götürülən bu ətəklərin özəlliyi odur ki, xalat kimi ombada bağlanır və ya bir tərəfi digərinin üstünə keçirilir. Uzun müddətdir ki, çimərlikdə çimərlik paltarları ilə belə ətəkləri geyinmək dəb idi. Lakin sonradan dizaynerlər aşırmalı ətəklər hazırlamağa başladılar. Bu yay belə ətəklər sahildən daha çox şəhər atmosferinə daha çox uyğun gəlir. Dekor belin incəliyini vurğulayacaq, yarıq isə ayaqları vizual olaraq daha uzun göstərəcək.

 

Bu ətəklərlə necə dəbli görünmək olar?

Stil seçimlərinin geniş çeşidi var, saronq yubka, hətta sport stili də axşam görünüşünə çevirə bilər, bunun üçün yalnız düzgün ayaqqabı əlavə etmək tələb olunur. Məsələn, stiletto və ya ayaq biləyində bağlanmış nazik qayışlı səndəllər. Romantik toplar isə daha seksual bir obraz yaratmağa kömək edəcək. Bununla belə, bəzi mürəkkəb stilistik üsullardan istifadə etmək heç də lazım deyil. Şəhər üçün asimmetrik kəsimli bodilər və ya sadə ağ-qara mayka və köynəklər əlverişli olacaq. Saronq ətək geyinmək istəyirsinizsə, həddi aşmamaq vacibdir. Odur ki, obrazın üst hissəsini mümkün qədər lakonik tərtib edin. Köynəklər eyni rəngli və ya ziddiyyətli ola bilər. Bu, sizin nə qədər parlaq bir dəst yaratmaq istəyinizdən asılıdır.

Müxtəlif variantlarını podiumda da görmək olar. Məsələn, “Tory Burch” saronqları içərisinə salınmış “kişi” köynəkləri, geniş korset kəmərləri və ya “oversize” pencəklər ilə geyinməyi təklif edir. “Miu Miu” ilə “Stella Jean” ətəkləri klassik köynəklər, “Proenza Schouler” isə bədənə yapışan uzunqol polo ilə birləşdirmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir