Düzdür, hələ qış geyimlərimizdən tam yaxa qurtarmasaq da, yaz yavaş- yavaş da olsa öz nəfəsini hiss etdirir. Əgər hələ də, trendləri araşdıra bilməməsinizsə, bizim araşdırmamıza göz ata bilərsiniz. Biz sizin üçün bu yazın trendlərini araşdırdıq və əsas olan 5 əşyanı sizə təqdim edirik.
Vinil şalvarlar
Əgər əvvəllər vinildən olan geyimlər “seks-şop”larda rast gəlinirdisə, indi isə podiumların ən parlaq elementinə çevrilib. Bu yaz bu cür materialdan olan şalvarı qarderobunuza əlavə etməklə, onu qarderobunuzun parlaq elementinə çevirə bilərsiniz. Vinil şalvarları sadə ağ köynəklə və bir az da boş olan üst geyimilə dəstləşdirə bilərsiniz.
Böyük bilərzik
Massiv bəzək əşyaları 80-ci illərdə dəbdə idi. Bu il də dəb dünyasında 80-lər havası hiss edildiyindən, o dövrü xatırladan böyük bilərziklərə rast gəlməyimiz təsadüfi deyil. Bu məsələdə 2017-nin yazı üçün əsas qayda – nə qədər çox aksesuar, o qədər də dəbli görüntü!
Kostyum
Kişilərin qarderobundan olan ciddi kostyum artıq keçən ildən biz xanımların da qarderobunu bəzəyir. Görünür, bu mövsüm daha çox rast gələcəyik. Lakin yaz mövsümündə qarderobumuza əlavə edəcəyimiz kostyumlar bir az 80-ləri xatırladacaq – geniş çiyinlər, böyük ciblər, böyük yaxalıqlar…
Yazılı köynəklər
Moda sənayesi bəzi loqotipləri şüara çevirir. Belə ki, siz bir sıra geyimlərin üzərində feminizmə, işə, sevgiyə, sülhə və nəhayət ki, dəbə səsləyən loqotiplər görə bilərsiniz. Elə bu səbəblə də, bu yaz köynəklərin, pencəklərin, şalvarların üzərində belə yazılara tez-tez rast gələcəksiniz. Daha çox da sadə ağ köynəklər və loqotiplər sizə seçim çoxluğu verəcək. Belə köynəkləri cinsləriniz və pencəklərinizlə rahatlıqla dəstləşdirə biləcəksiniz.
Ağ don
“Kəndçi tərzi”ni xarakterizə edən ağ don yaz-yay mövsümünün əsas parçasıdır. Yazda bu cür donları siz böyük ölçülü kardiqanlar, cinslər, plaşlarla rahatlıqla geyinə bilərsiniz.