pencek

Yaz aylarında klassik pencəyi necə geymək lazımdır?

Baxış sayı: 1. 674

Biz qloballaşma, fərqli mədəniyyətlərin və xalqların bir-birinə yaxınlaşması dövründə yaşayırıq. Dünyanın o biri ucunda da insanların bizim kimi geyinməsi artıq heç kimi təəcübləndirmir.

Qloballaşma qaçınılmaz olaraq bəzi şeylərin unifikasiyasına aparır. Və bu məqamda heç kimə bənzəməmək, fərqlənmək istəyi şəxsiyyəti təbbi istəyinə çevrilir.

Yanaşma fərqli ola bilər. Bəziləri bunu qacetlərin hesabına, digərləri isə geyim vasitəsi ilə bunu etməyə çalışır:

Ofis işçisi

Əgər siz idarədə ciddi dress-koda riayət edirsinizsə ətrafdakılar sizi klassika həvəskarı kimi qəbul edir. Beləliklə, siz geyim eksperimentlərini yalnız istirahət günləri edə bilirsiniz.

Amma bu demək deyil ki, işdə boz kütlənin içində itməlisiniz. Köynəkdəki delikat naxışlar obraza çatışmayan aksent, rahat pencək isə eleqantlıq qatacaq.

Orkestr-insan

Siz daima hərəkətdəsiniz. Bir gündə fərqli-fərqli insanlarla görüşüb, ofisdə danışıqlar aparıb, dostlarla şam yeməyinə gedə bilərsiniz. Belə bir şəraitdə siz yolüstü əyin başı dəyişmək kimi superbacarıq arzusunda ola bilərsiniz.

Lakin bunun yerinə tez-tez evə gedib paltarı dəyişməli olursunuz. Lakin bunu etməmək də olar.

Paltar dolabınızı universal geyimlərlə doldurmaq kifayətdir. Onlar həm biznes tərəfdaşları ilə söhbət, həm də dostlarla görüş üçün uyğun olmalıdır.

Yaxşı bir köynəklə geyilən ciddi pencək iş adamı üçün əla variantdır. Həmin pencəyi futbolka üzərinə geydikdə isə siz dostlarla görüşə gedə bilərsiniz. Daha rahat mühit üçün isə pencəyi cemper və ya kardiqanla dəyişmək olar.

Bilincli istehlakçı

XXI-ci əsrin trendi – bilincli istehlakdır. Biz artıq israfedici şoppinqin əlavə xərclərə apardığı barədə tez-tez düşünməyə başlayırıq. Ona görə də, günümüzdə mümkün qədər universal geyimlər almaq dəbə düşüb. Əsas odur ki, aldığınız paltarlar bir-birinə uyğun olsun.

“Evdən” işləyən əməkdaş

Ötən il baş verən pandemiya bizim bir çox məsələlərə baxışımızı kardinal şəkildə dəyişdi. Bir çox şirkətə aydın oldu ki, əməkdaşın səmərələliyi onun ofisə gəlib-gəlməməsindən asılı deyil. Əgər nə deyimizi anladınızsa, deməli siz də evdən işləyirsiniz.

Deməli, buna görə də, hər dəfə çölə çıxdıqda siz bu hadisəyə ciddi yanaşırsınız. Nəzərə alın ki, yaz aylarında trikotaj mallar olduqca aktual olur.

Naxışlı köynək, cemper və ya kardiqan sizə yetərlidir. Əgər dolabınızda bunlar varsa, deməli hər görüşə getdikcə insanlarda xoş təəsürat saxlaya biləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir