Yay yaxınlaşdıqca, mətbəxlərdə daha yüngül, sərin və bədəni rahatladan yeməklərə üstünlük verilir. Bu dövrdə vitaminlə zəngin göyərtilər, qatıq və tərəvəzlərlə hazırlanan yeməklər həm dad, həm də fayda baxımından ön plana çıxır. “Gencaile.az” oxucuları üçün bu dəfə yaz aylarına çox uyğun olan “qatıqlı göyərti borşu”nun reseptini təqdim edirik.
Bu yemək, xüsusilə günorta və axşam yeməklərində həm əsas yemək, həm də doyurucu bir başlanğıc kimi istifadə oluna bilər.
Tərkibi:
1 litr qatıq
1/2 stəkan düyü
1 ədəd yumurta
2 xörək qaşığı un
1 dəstə keşniş
1 dəstə şüyüd
1/2 dəstə ispanaq və ya turşəng (istəyə görə)
1 xörək qaşığı kərə yağı
Zövqə görə duz
Hazırlanma qaydası:
İlk olaraq düyünü yuyub az miqdarda suda yarıbişmiş vəziyyətə gətirin. Bu zaman başqa bir qazanda qatığı, yumurtanı və unu qarışdıraraq çırpın. Bu qarışımı zəif odda, daim qarışdıraraq isidin ki, qatıq ayrılmasın.
Düyü bişib hazır olduqda onu da qatıq qarışımına əlavə edin. Qarışıq qaynamağa başladıqda, yuyulmuş və xırda doğranmış göyərtiləri əlavə edin. Borşu 10-15 dəqiqə aşağı odda bişməlidir. Bu müddət ərzində göyərtilər öz dadını tam şəkildə yeməyə verəcək.
Sonda ayrıca bir tavada kərə yağını qızdırıb üzərinə tökə bilərsiniz. İstəyənlər nanə və ya sarımsaqla əlavə dad verə bilər.