1. Təbii güllər
Bahar havasına uyğun toyunuza rəng qatın. Unutmayın, lalə, nərgiz, lilium, petunya,
maqnolya, çobanyastığı, frezya və s. yazın ən gümrah çiçəkləridir. Hətta gəlinlər saçlarını
ən gözəl mövsüm gülləri ilə bəzəyib, təbii çiçəklərdən düzəldilmiş taclar, broşlar və ya
çələnglərdən istifadə edə bilərsiniz.
2. İçki guşəsi
Toyunuza maraqlı hava qatmaq üçün alkaqolsuz və ya alkaqullu kiçik içki guşəsi düzəldə
bilərsiniz. İsti havalarda ən çox üstünlük verilən içki siyahısını çıxarın. Müxtəlif kokteyllər, mohito
və digər fresh içkilər dəvətlilərinizi sevindirən ideyalardan biri olacaq.
3. Rəngli bəy kəpənəyi
Yazda toyun bütün detallarına rəng qatmalısınız. Hətta, bəy steriotipləri qırıb rəngbərəng
kəpənəkdən istifadə edə bilər. Bununla çox sevimli və mövsümə yaraşan bəy olacaqsız.
4. Çiçək adlı masalar
Qonaq masalarına nömrələr əvəzinə bahar çiçəklərinin adlarını qoya bilərsiniz. Məsələn,
Nərgiz masası, Lalə masası və s.
5. Konsept
Kəpənək, canlı güllər, çəhrayı, mavi rəngi toyunuzu əsl bahara uyğun edəcək.