Qadınların ən çox üstünlük verdiyi və seçimdə çətinlik çəkdiyi geyim əşyalarından biri ayaqqabılardır. Hər nə qədər ayaqqabı seçimi çətin olsa da, xanımların ən sevdiyi geyim növü də məhz onlardır. Bəs, bu yaz və yay hansı ayaqqabı növləri dəbdə olacaq?
Beləliklə, yaz və yay sezonunda dəbdə olacaq bir neçə ayaqqabı növünü təqdim edirik:
Bant şəkilli şəffaf ayaqqabılar
Keçən il olduğu kimi bu il də onlar öz aktuallığını qoruyub saxlayır.
Sivri burunlu ayaqqabılar
Artıq bir neçə ildir ki, bu ayaqqabılar moda sahəsini ələ keçiriblər.
Hündürdaban barmaq arası ayaqqabılar
İlin trendlərindən biri də məhz bu ayaqqabılardır. Əsasən yay axşamlarında bir çox don və şalvarların altına geyinə biləcəyiniz bu tərliklər sizə həm rahatlıq, həm də zəriflik bəxş edəcək.
Qısa sivri dabanlı ayaqqabılar
Bu ilin əsas trendlərindən biri də qısa dabanlı ayaqqabılardır. Onlar rahatlıq baxımdan xanımların köməyinə çatacaq.
Çiçək detallı ayaqqabılar
Bu sandalların qadınlar tərəfindən çox seviləcəyi aşikardır. Yayın təravətini geyimlərdə hiss etmək hər bir xanımın istəyidir. Bu ayaqqabılarla həm çox şıq, həm də zərif görünəcəksiniz.