Elə bir kişi yoxdur ki, onun qarderobunda bir-iki cüt cins şalvar olmasın. Ən qatı ofis işçisinin belə boş vaxtlarda rahat olmaq üçün bir-iki cinsi ehtiyatda olur. Cinsin hər zaman dəbdə olacağını nəzərə alan modelyerlər, yaz-yay 2015 mövsümü üçün də yeni trendlər hazırlayıblar. Bəs dəbli kişi cinsləri 2015-ci ildə necə olacaqlar?
Sürtülmüş və dekor
Artıq uzun illər olduğu kimi, bu il də sürtülmüş şalvarlar dəbdə olacaqlar. Bu şalvarlara dekor olaraq, cırıqlar, ləkələr, dəridən yamaqlar əlavə olunacaqdır.
Qısaldılmış kişi cinsləri
Bir çox moda evləri (Balmain, Dsquared, Moschino, BLK DNM) yaz-yay 2015 mövsümü üçün qısa cins kolleksiyalarını hazırlamışdırlar və təqdim etmişdirlər.
Rənglərin ahəngi
Rənglərə gəldikdə isə burada klassik qara və boz, indiqo, narıncı və qırmızı rəngləri qeyd etmək olar. Əgər özünüzü daha cəsarətli hiss edirsiniz isə, müxtəlif rəngarəng çaplarla da cinsləri qarderobunuza əlavə edə bilərsiniz. Sadə xətli cinslər də dəbdə olacaq.
Parça
Yekunda parça seçiminə gəldikdə isə, burada klassik denim ilə yanaşı, pambıq və zamj dekorların olması da yaz-yay 2015 mövsümündə dəbdə olacaqdır.