geyim

Yazın 8 ən dəbli çaları – FOTOLAR

Baxış sayı: 511

Fevral əvvəlində ruhumuzu yaz günəşi ilə isidən, martda isə qış çovğununu gətirən Bakı havasına etibar etmək olmasa da, günəşli günlərin gəlişinə az qaldığı dəqiqdir. Odur ki, indidən yaz qarderobunun planlamasına başlaya bilərsiniz. Tünd rəngin hakim olduğu qışdan sonra ruh halımız rəng partlayışı tələb edir və bizim bu istəyimizi nəzərə alan moda evləri tələblərimizi ödəməyə tam hazırdır.

Yaz kolleksiyalarında dizaynerlər əksər hallarda çox dolğun, zəngin və daha şən çalarlara müraciət ediblər. Lakin 2024-cü ilin yaz trendlərində klassik rənglərə də yer verilib.

 

Püstə

Ümumiyyətlə yaşılın bir çox çalarları 2024-cü ildə populyar olacaq. Ancaq meşə və ya püstə yaşılı kimi isti çalarları həqiqətən fərqlənir. Birincisi, o qədər də parlaq deyil, ikincisi, gündəlik istifadə üçün universaldır.

 

Qatılaşdırılmış süd

2024-cü ilin tendensiyaları krem çalarları ilə seçilir, biz bu zərif, cəlbedici, isti və çox nəcib tonu keçən il müzakirə etmişdik. Elə onda cari çalarların zirvəsinə yüksəldi. İndi açıq sarı demək olar ki, aparıcı mövqe tutur, odur ki, bu yazı onsuz başa vura bilərik.

 

İncə mavi

Bu rəngi həm də Barbi mavisi adlandırırlar. Büllür effektə malikdir, məsumluğu tərənnüm edir, həm də olduqca gözəldir. Xanım-xatınlığın və romantik yetkinliyin 2024-cü ilin trendinə çevrildiyini nəzərə alsaq, onun podiumlarda görünməsi təsadüfi deyil.

 

Albalı və şokolad

Podiumlar sözün əsl mənasında şokolad və tünd qırmızı çalarlarda mono obrazlarla dolu idi və bəzən aralarındakı xətt o qədər incə idi ki, bir-birindən çox çətin seçilirdilər. Buna görə də, bu rəng tendensiyası şokoladlı albalı adlanır.

 

Lavanda

Dağ lavandası 2024-cü ilin yazında yenidən qəlbləri fəth edəcək. Oynaq və yumşaq bənövşəyinin əks-sədası bütün kolleksiyalarda qarşınıza çıxacaq. Birmənalı olaraq demək olar ki, lavanda trendi geri dönüb, lakin daha yüngül və daha havalı versiyada.

 

Sarı

Əlbəttə ki, isti günəşin simvolu olan sarıya yazda daha çox ehtiyacımız var. Etiraf edək ki, yayın gəlişinə hələ çox qalsa da, günəşli havalar üçün darıxmışıq. Odur ki, bu ehtiyacı ultrabənövşəyi və rəngli obrazlarla ödəməyə başlayacağıq. Hər iki halda şən sarı rəngli yeni paltarlar faydalı olacaq.

 

Gümüşü

Son bir neçə mövsümdür trendlərin zirvəsində olan metal tonları cüzi dəyişikliklərə məruz qalıb. İndi qızlar metal rəngli cins şalvar axtarışlarına deyil, sehrli və atlas parıltılı gümüş paltar və yubka “ovuna” çıxacaqlar.

 

Çəhrayı

Bəli, bəli, bəli, gəlincik çəhrayısı yenidən dəbdədir. Ötən il bu rəng dəstlərini görməkdən gözümüz yorulsa da, çəhrayı asanlıqla təslim olmaq fikrində deyil. Görünən odur ki, yaz aylarında yenidən çəhrayı geyinməyə başlayacağıq. Yalnız bu dəfə dizaynerlər “Barbie” filmindən yox, Prinsessa Avroradan ilham alıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir