Həkimlər yeməkdən sonra bu şeyləri etməyin sağlamlığa zərərli olduğunu bildirir. Adətən insanların yeməkdən sonra daha çox etdikləri 7 zərərli vərdiş var:
1. Siqaret çəkmək. Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, yeməyin dərhal ardından çəkilən tək bir siqaret 10 siqaret çəkməyə bərabərdir. Bu isə xərçəngə tutulma riskini artırır.
2. Meyvə yemək. Yeməkdən dərhal sonra yeyilən meyvə mədənin hava ilə dolmasına səbəb olur.
3. Çay içmək. Yeməyin üstündən çay içmək sağlamlıq baxımından faydalı deyil. Belə ki, çay orqanizm üçün lazım olan mineralları məhdudlaşdırmaqla bərabər, həzm prossesini də çətinləşdirir.
4. Kəməri boşaltmaq. Yeməkdən sonra kəmər boşaltmaq bağırsaqların düyünlənməsinə səbəb ola bilər.
5. Yerimək. Yeməyin dərhal ardından yerimək qəbul etdiyiniz qidaların həzmə getməsinə mane olur. Yeməkdən təxminən 1 saat sonra yerimək daha faydalı hesab olunur.
6. Vanna və ya duş qəbul etmək. Yeməkdən dərhal sonra alınan duş qan axınını əl və ayaqlar istiqamatində çoxaldır. Bu isə həzm sistemi üçün də zərərlidir.
7. Yatmaq. Yeməyin dərhal ardından yatmaq həzm sisteminin kifayət qədər çalışmamasına, bağırsaq iltihabına və mədə xəstəliklərinə səbəb olur. Bu, həm də kökəlməyə gətirib çıxarır.