“Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuşda skrininq (profilaktik müayinə) aparılıb. 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb”. Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Nazirliyin kollegiya iclasında çıxışı zamanı deyib. Komissiya sədri bildirib ki, ana ölümü göstəricisinin 2007-ci illə müqayisədə 2016-cı ildə 35,5 promilledən 13,8 promilleyədək azalıb: “Tənəffüs pozulma sindromundan ölüm səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 2015-ci ildə 10,9 faiz, 2016-cı ildə 8,4 faiz təşkil edib”. S. Məmmədova qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq, 2016-cı ildə əvəzedici surfaktant terapiyanın və yeni respirator dəstək texnologiyaların geniş tətbiqi nəticəsində ekstremal az çəkili 295 yeni doğulmuşdan 135-ni xilas etmək mümkün olub.
Ana Səhifə XƏBƏRLƏR Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı, 30-da anadangəlmə ürək qüsuru aşkarlanıb
Yeni doğulmuş 85 uşaqda ürək-damar çatışmazlığı, 30-da anadangəlmə ürək qüsuru aşkarlanıb
İyl 08, 20170
Baxış sayı: 1. 378
GeriBu yazını oxumadan hovuza girməyin - HAMİLƏLƏRİN MENYUSUNA
İrəliSaxta manat və dolları necə tanıyaq?