geyim

Yeni geyim alarkən diqqətli olun – TƏHLÜKƏ

Baxış sayı: 1. 367

Hamımız yeni geyim alanda onu yuyub ütüləmədən, könül rahatlığı ilə geyinirik. Ancaq bu xəbərdən sonra çətin bir də belə edək.

Ingiltərənin “Daily mail” qəzetinin məlumatına görə, mütəxəssislər yeni alınan geyimlərin yuyulmadan geyinilməsini məsləhət görmür.

Araşdırmaya görə, yeni geyimlərin qırışlarına açmaq üçün xüsusi kimyəvi maddələrdən istifadə edilir. Həmin maddələr dəridə qaşıntı və allergiyaya səbəb ola bilir. Eyni zamanda bu parçalar həşərat və cücülərin yaşaması üçün uyğun bir şərait yaradır.

Buna görə də dükandan yeni geyim alarkən evə gələn kimi onu iki dəfə yuyun, sonra geyinin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir