kosmetik

Yeni ilə hansı əşyalarla qədəm qoymaq olmaz?

Baxış sayı: 624

Yeni il öncəsi  özümüzü  xoşagəlməyən enerjidən təmizləmək və pozitivə yükləmək üçün ilk növbədə bizi əhatə edən müəyyən əşyalardan azad olmalıyıq.  Bəs görəsən bu  əşyalar hansılardır?

 

Plastik qablar

Hər birimizin istifadə etdikləri plastik qablar əslində sahiblərinə ancaq neqativ enerji ötürür. Buna görə də  onlardan qurtulmaq lazımdır və onun yerinə keramik qablar istifadə etmək daha məsləhətlidir.

 

Köhnə kosmetik vasitələr

Köhnə kosmetik vasitələr nəinki cildinizə zərərli təsir göstərə bilər.  Onlar, həmçinin hər bir vaxtı ötmüş əşya kimi mənfi enerjinin daşıyıcılarıdır.  Heç bilirdinizmi ki, zamanla onlar öz  keyfiyyətlərini itirərək əsl zəhərə çevrilirlər. Məhz bunun üçün istifadə müddəti bitən kostemik vasitələrindən azad olmaq məsləhətdir.

 

Ölən insanların və yaxud heyvanların əşyaları

Söhbət ölən yaxınlarınızın əşyaları ilə yanaşı,  müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvaları, hətta balıqqulaqları haqqında gedir.  Əgər siz təbii gülləri sevirsinizsə, onların solmamasına diqqət edin. Balıqqulaqlarının da öz növbəsində  vaxtaşırı təmizlənməsi lazımdır, çünkü onlar da ölmüş heyvanlara aiddir. Dünyasını dəyişmiş insanların əşyalarını saxlamaqla onların enerjilərini də saxlamış olursunuz. Buna görə də  onları evdə saxlamaq təhlükəlidir. Xatirə üçün yalnız bir əşyanı saxlamaq olar. Bu addımları atmaqla    pis auranın yaratdığı problemlərdən özünüzü qorumuş olursunuz.

 

Köhnə qəzet və jurnallar

Köhnə qəzet və jurnallar neqativ enerjini özündə toplayan əşyalar sırasına daxildir. Məhz buna görə,  Yeni il qabağı köhnə qəzet, jurnal və kitablardan azad olmaq lazımdır.

 

Müsbət emosiyalar yaratmayan fotolar

Bəzən  müəyyən fotolara baxdıqda insan , keçmişdə baş verən xoşagəlməz hadisələri xatırlayır.

Yeni il qabağı mənfi emosiyalar daşıyan bütün   şəkillərdən azad olun.   Çalışın mənfi emosiya və xatirələrinizi köhnə ildə qoyun.

 

Sınıq əşyalar və güzgü

Sınıq qabların uğursuzluq gətirdiyi haqqında yəqin ki, dəfələrlə eşitmisiniz. Sınmış güzgü və qabları heç bir halda evdə saxlamaq doğru deyil. Rusiyalı bioenergetika üzrə mütəxəssislər bunun səbəblərini aydınlaşdırıblar. Məsələ ondadır ki, hər cür deşiklər, sınıqlar, çatlar mənfi enerjini özünə cəlb etmək kimi qəribə xüsusiyyətə malikdir. Əgər evdə qırılmış, sınmış və ya korlanmış hər hansı əşya varsa, o zaman onlar mənfi enerjini özünə cəlb edərək evin sakinlərinin sağlamlıq durumuna və psixoloji vəziyyətinə pis təsir edəcək. Nəticədə evdəkilərin hər hansı bədən orqanı ağrımağa başlayacaq, özünü narahat hiss edəcək, ya da ard-arda gələn uğursuzluqla mübarizə aparmalı olacaq.

 

Dəbdən düşən əşyalar

Yeni il öncəsi  köhnə və dəbdən düşən əşyaları, geyinmədiyiniz geyimləri də evdən uzaqlaşdırmaq lazımdır.  Heç bilirdinizmi ki, əgər siz hər hansı bir  geyimi təyinatı üzrə istifadə etməmisiniz və diqqət yetirməmisinizsə, 3 il ərzində  bu əşya enerjinizin vampirinə çevrilir. Bu lazımsız əşyaları  nə vaxtsa lazım olar deyə yığıb saxlamaq məsləhət deyil.

 

Dayanmış saatlar

Bir neçə evlərdə dayanmış qədim saatlara rast gəlmək olar. Bu, çox pis əlamətdir, çünki zamanın dayanması həmin evin sakinləri üçün  heç yaxşı deyil. Ona görə də çalışın ki, evinizdəki bütün saatlar işləsin. Yox, əgər  düzəltmək mümkün deyilsə, o zaman onları mütləq atmaq lazımdır.

 

Bəyənmədiyiniz hədiyyələr

Bir çox hallarda aldığımız hədiyyələr ürəyimizcə olmur. Qarşı tərəf zövqümüzü və istəklərimizi bilmir. Verilən hədiyyələr isə bəyənilmir və istifadə edilmir. Bu hədiyyələri bir küncə atıb “nə vaxtsa lazım olar” deyirik. Bununla da mənfi enerji toplayırıq. Alimlərin qənayətinə görə, sizə xoş əhval bəxş etməyən və bəyənilməyən hədiyyələr mənfi enerji, bədbəxtlik və fəqirlik bəxş edə bilər.  Məhz buna görə, Yen ili daha pozitiv başlamaq üçün  belə əşya və hədiyyələrdən qurtulun.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir