sufre

Yeni il süfrəsi arxasında necə qidalanmalı?

Baxış sayı: 431

Yeni ilə sayılı günlər qalıb. İl boyu pəhriz saxlamağa çalışan insanalr belə yeni il günlərində, bayramlarda pəhrizi pozurlar. Bu isə, sonradan ya mədə pozuntusu ilə nəticələnir, ya da  artıq çəkiyə səbəb ola bilir.

 

Bayram günlərində necə qidalanmalı?

Dietoloq Aynur Nəsir bildirir ki, Yeni il gecəsi sürətli və birdən yemək yerinə,  yavaş-yavaş və saatlara yemək həm qaz və şişkinlik şikayətlərini azaldacaq, həm də təzyiq və qan şəkərini normal səviyyədə saxlayacaq.

Gecə qəlyanaltı, cips, qoz-fındıq, tort kimi qidaların istehlakında diqqətli olmalısınız.

Kiçik, lakin kalorisi yüksək olan bu qidalar ödəmi artırır.

Alkoqol içiləcəksə yeməklə birlikdə olmalıdır. Xroniki xəstəlikləri (diabet, hipertoniya, yüksək xolesterin) olan şəxslər duz qəbuluna, karbohidrat qəbuluna və salat kimi lifli qidalara diqqət etməlidirlər. Xüsusilə hipertonik diabet xəstələri ətdən əlavə salat və qatıqlı qəlyanaltılara üstünlük verməlidirlər. Duzlu qoz-fındığın miqdarı çox vacibdir. O qeyd edib ki, mədənin sağlamlığı üçün qızardılmış qidalardan uzaq durmaq lazımdır.

Yeni il günlərində səhər yeməyi və nahar daha yüngül olmalıdır. Səhər yeməyində südlü yulaf əzməsi, bol su, naharda isə axşam ətli salat, şorba və qatığa üstünlük verilə bilər. Ertəsi gün ən az 2 litr su içmək lazımdır.

Yüngül səhər yeməyi yeyilməli və gəzinti edilməlidir. Səhər yeməyində meyvəli qatıq və yulaf əzməsinə üstünlük vermək olar. Karbohidratlar (çörək, simit) yerinə bol pendirli bir salat və ya tərəvəz yemək tövsiyyə edilir.

“Bayram sabahı 6-8 saat yatmağa diqqət yetirilməlidir. Çünki yuxusuzluq orqanizmdə maddələr mübadiləsini ləngidən amildir. Spirtli içki qəbul etdikdən sonra yuxusuz qalan fərdlərin bədənlərində daha çox su saxlanılır və ödəm əmələ gəlir. Spirt qəbulundan sonrakı gün su istehlakı artırılmalıdır. Gündə ən az 8-10 stəkan su içmək lazımdır. Su orqanizmdə zəhərli maddələrin xaric edilməsini artıraraq, böyrəklərdə həll olunan yükü azaldır. 1 qram spirt 7 kkal enerji verdiyi üçün orqanizmə daxil olduqdan sonra birbaşa piyə çevrilir”-deyə dietoloq qeyd edir.

Onun sözlərinə görə,  alkoqol istehlakı yüksək karbohidrat istehlakı ilə sinonimdir. Bu səbəblə spirt istehlakından ertəsi gün şəkər, mürəbbə, bal və meyvələrdən 2 porsiyadan çox istehlak edilməməlidir. Bədəndə meydana gələ biləcək piylərə qarşı qorunmaq üçün şəkərli məhsullar qəbul edilməməlidir.

Ağ çörək yerinə tam buğda çörəyinə, düyü və makaron yerinə isə bulqur, qarabaşaq və ya kinoaya üstünlük verilməlidir.

Ananas, manqo, qreyfrut kim meyvələr istehlak edilməlidir.

Onun sözlərinə görə, bu günlərdə antioksidan olan tərəvəzlərə üstünlük verilməlidir. Tərkibində likopen olan pomidor,  kələm kimi tərəvəzlərdən hazırlanan şorbalar tərkibində kükürdlü birləşmələr olduğu üçün bədəndəki ödəmin aradan qaldırılmasını sürətləndirir.

Eyni zamanda, qaraciyərə qoruyucu təsir göstərir.

“C və E vitaminləri ilə zəngin olan  kərə yağı, cəfəri  istehlak edilməlidir.  Alkoqoldan sonra yüngül yeməklərə diqqət yetirilməlidir. Xüsusilə səhər yeməyi üçün xəmir yeməkləri, simit, mürəbbə, bal yerinə kəsmikli yaşıl salat və ya yulaf kəpəyi və qatıqla hazırlanmış səhər yeməyi daha uyğun olar. Naharda immun sistemini gücləndirəcək probiotik içki olan kefirə üstünlük verilməlidir.”

A.Nəsir həmçinin bildirir ki,  orqanizmdən artıq suyu çıxarmaq üçün cəfəri, albalı sapı, qarğıdalı qotazı, avokado yarpağı kimi 80 dərəcə su ilə hazırlanmış çaya üstünlük verilməlidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir