usaqlar- yeni il

Yeni ildə uşaqlara nə hədiyyə etməli?

Baxış sayı: 1. 289

Bu məsələdə oxucularımıza kömək etmək üçün sizə aşağıdakı hədiyyələr siyahısını hazırlamışıq.

Uşaqlara hədiyyə seçimi ilə bağlı tövsiyələrəmiz:

  • Çalışın uşaqların nə istədiyini öncədən öyrənəsiniz, bunun ən yaxşı yollarından biri onların “Şaxta babaya məktub” yazması və ya hədiyyə siyahısı hazırlamasıdır. Bu, uşaqlarda hələ balacalıqdan hədəf qurma, siyahı tutma vərdişlərinin ilkin başlanğıcını qoyacaq.
  • Yeni il əhval-ruhiyyəsinin tam yüksəltmək üçün Yeni il alış-verişinə uşaqları da cəlb edin. Evinizi uşaqlarla birlikdə bəzəyin.
  • Körpə yaşlardan uşaqlarınızla birlikdə müəyyən rituallar formalaşdırın. Məsələn, Yolkaya ilk asdığınız bir oyuncaq olsun ki, hər dəfə ondan başlayasınız. Körpələrdə sağlam və ailə bağları güclü olan xatirələr formalaşdırın.
  • Hər Yeni il ərəfəsində uşaqlara paylaşmalı olduğu nemətləri xatırladın və paylaşmağın nə qədər gözəl olduğunu izah edin.

 

Məhz sizə özəl hazırlanmış Yolka oyuncaqları, Yeni illə bağlı yaratdığınız ritualların bir hissəsinə çevrilə bilər və illərlə qoruyub-saxlayacağınız bir xatirəyə çevriləcəkdir.

 

 

1. Ən yaxşı seçimlərdən biri ev heyvanı hədiyyə etməkdir

Bu, uşaqların ətraf aləmlə təmasda olması, zəifləri qoruması, özündən başqa birinin qeydinə qalması və heyvansevər biri kimi böyüməsinə imkan verir. Ev heyvanı olan bir uşaq başqa heyvanlara qarşı da tolerant və mülayim olur.

Tan and White Basset Hound Near the Christmas Tree

İl siçan ili üzərində təhvil oldunduğu üçün kiçik ev siçanı da hədiyyə edə bilərsiniz. Amma zənnimcə hər zaman ən gözəl hədiyyə itdir. İtlər insanların ilk dostudur.

 

2. Sosiallaşa biləcəyi dərnəklər

Bir çox uğurlu sənət, elm adamlarını dinlədikdə aydın olur ki, onların uğurunun təməli uşaqlıqda analarının, nənələrinin və ya atalarının təşəbbüsü-təkidi ilə getdiyi dərnəklərdən başlayır. Bu, istər şahmat olsun, istər skripka, teatr, rəsm, musiqi və ya rəqs dərnəkləri – ilk növbədə sosiallaşmaq üçün çox vacibdir. Yəni hələ körpə yaşlarından onlar digər uşaqlar və böyüklər ilə təmasda olmağı öyrənir və çevrələri təkcə öz məktəbləri ilə məhdudlaşmır. Bilirik ki, məktəb məcburidir, amma dərnəklərdə qayğıkeş və diqqətli valideynlər uşaqları ilə təmasda olmaq imkanı qazanır.

Related image

Bu baxımdan rəqsin əhəmiyyəti daha böyükdür. Rəqs çünki tərəf müqabilinə etimad və hörmət aşılayır. Həm milli, həm də bal rəqsləri bu baxımdan çox gözəldir.

Image result for ballroom dances for children

3. Əyləncəli Yeni il şənlikləri

Dekabrın sonu və yanvar ayınının əvvəllərində çoxlu uşaq təbirləri baş tutacaq. Çoxunun da əsas mövzusu yeni il, yeni ili xilas emtək, Şaxta Babaya kömək etmək olacaq. Uşaqlarla bağlı tədbirlərin siyahısını izləyə biləciyiniz internet ünvanları yetərincədir. Siz həm ən son tədbirlərdən xəbərdar ola, həm də biletləri vaxtında onlayn ala bilərsiniz. Bu il uşaqların əylənə biləcəyi  balların, master-klassların, şouların və tamaşaların sayı həqiqətən genişdir.

Bu cür tədbirlər də əylənmək, evdən kənarda vaxt keçirmək, dünyanı ekran arxasından deyil, canlı izləmək imkanı verir. Gəlin razılaşaq ki, istəsək də, istəməsək də, hazırda körpələr televizor və kompüter arxasında çox vaxt keçirir.

 

4. Əyləncəli hamam dəsti

Körpə uşaqlı evə gedərkən oyuncaqdan savayı uşaqlar üçün hamam dəsti ala bilərsiniz. Gözəl qoxulu bu setlər, uşaq kosmetikası qızlar üçün gözəl hədiyyə olacaq. Uşaqlarda balaca yaşlardan gigiyena vərdişlərini formalaşdırmaq lazımdır.

Baby on Gray Knit Hooded Clothes Lying on Carpet

5. Valideynlər ilə birlikdə qatılacaqları dərnəklər

Dərnəklərin körpələr üçün nə qədər əhəmiyyətli olduğunu daha öncə qeyd etmişdim, amma unutmayın ki, bu zaman uşağınız özünü tərk edilmiş hiss etməməlidir, yəni bu dərnəklər heç də sizin boşluğunuzu doldurmaq üçün deyil, heç bir dərnək körpənin valieynlə keçirdiyi zamanı əvəz etmir çünki.

Ona görə körpənizlə birlikdə qatılacağınız tədbirləri də nəzərdən keçirin. Uşaqlar ilə birlikdə sadələşdirilmiş hikinq turları, yemək hazırlama yarışları keçirilir. Bu cür tədbirlərə övladızla birlikdə qatılın.

 

6. Yaşa uyğun oyuncaq hədiyyələr

Oyuncaqlar alərkən uşaqların yaşlarına diqqət edin. Çox körpə olanlara yaşına uyğun olmayan hədiyyələr almayın. Zehni təfəkkürü inkişaf etdirəcək oyuncalqlara daha çox üstünlük verin. Təbii ki, özünü ifadə edən uşağın arzularını da diqqətə almaq lazımdır.

Girl Lying Beside Three Gift Boxes

7. Paylaşmağın gözəl olduğunu öyrədin

Uşaqlar yaşa dolduqca oynamadığı oyuncaqları, geyinə bilmədiyi lakin yaxşı vəziyyətdə olan paltarları ayırın, bu prosesə uşağın özünü də cəlb edin. Sonra həmin əşyaları uşağınızla birlikdə başqa ehtiyacı olan bir ailəyə verin. Balaca yaşlarından uşaqlarda eqoistlik hissini dəf etməyi və paylaşma vərdişləri formalaşdırın. Bunu məqsədli şəkildə etməsinə şərait yaradın.

Yeni ildə övladlınızın başqa bir uşağa hədiyyə almasına və ya seçməsinə fürsət yaradın.

 

8. Körpənizə unutmayacağı bir yeni il foto sessiyası hədiyyə edin

Hər zaman dərin sevgi, qayğı, ülvi hisslər ilə xatırlaycağı bir körpəlik xatirəsi yaradın. Özünüz də onların bu saf dünyasının sehrinə, gözəlliyinə qərq olun. Həyatının ən gözəl çağlarını əbələşdirin. Məcəbur deyil ki, foto sessiya üçün ayrıca bir studiya müraciət edəsiniz. Halbuki hazırda Bakıda çox gözəl dekorları olan məkanlar vardır. Amma əgər buna imkanınız çatmırsa, telefonun köməkliyi ilə körpənizn ən gözəl anlarını tutmağa çalışın.

9. Onları qar topu oynaya biləcəyi məkana aparın

Axı yeni ilin və qışın qar olmadan heç bir mənası qalmır. Bakıda isə qar yağmasını gözləmək pulsuz hədiyyə yağmasını gözləmək kimidir. Uşaqlarınız ilə ölkəmizin qarlı bölgələrindən birinə baş çəkin. Onlarla çoxlu oynayın. Unutmayın ki, balacalara edə biləcəyinin ən gözəl hədiyyəniz sevgi və onlarla birlikdə keçirdiyiniz zamandır.

Woman, Man and Girl Sitting on Snow

10  Buz üzərində sürüşmək fürsəti

Əgər uzağa getmək alınmırsa, onda Bakıda buz meydançalarına aparmaq olar uşaqları. Birlikdə sürüşmək-əylənmək,  yıxılmaq-durmaq, müvazinəti saxlamaq.

Bütün bunları unudulmaz yeni il tətilinin bir hissəsinə çevirə bilərsiniz. Çalışın ki, uşaqlarınızda maddiyyata deyil, gözəl təcrübələr əldə etməyə həvəs formalaşdırasınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir