Yəqin ki, həm yeni ili ölkə xaricində keçirmək, həm də büdcəsinə qənaət etmək istəyənlər həddindən artıq çoxdur. Əgər siz də 2019-cu ili ölkə hüdudlarından kənarda sərfəli qiymətlərlə keçirmək istəyirsinizsə, bu yazını sona qədər oxumağınızı tövsiyə edirik. Belə ki, “Gencaile.az” saytı Türkiyənin “Biletall.com” portalına istinadən sizə yeni ili sərfəli şərtlərlə qeyd edə biləcəyiniz üç ölkəni təqdim edir.
Siyahıda ən ucuz ölkə kimi ilk yerdə Ukrayna qərarlaşır. Təxminən, 44.5 milyonluq əhalisi olan bu ölkədə qiymətlərin kifayət qədər münasib olduğu, süni bahalaşmanın olmadığı qeyd olunur.
Sonrakı yerdə isə Gürcüstandır.. 3.7 milyon əhalisi olan Gürcüstanda da digər ölkələrlə müqayisədə turizm qiymətlərinin kifayət qədər münasib olduğu bildirilir.
Serbiya da ən ucuz ölkələr sırasında yer alır. Sözügedən ölkədə həm gəzməli yerlər çoxdur, həm də qiymətlər kifayət qədər münasibdir. Xüsusən də sıxlığı sevməyənlər üçün bu ölkəyə getmək tövsiyə olunur.