Yeniyetmənin məşhurlara heyranlığı – Valideynlərə xəbərdarlıq!

Baxış sayı: 1. 478

Qiymətləndirmə hissi yeniyetmələrdə yetkinlik duyğusunu oyadan ən önəmli amildir. Hər birimizin yeniyetməlik dövründə heyran olduğumuz, özümüzü bənzətməyə çalışdığımız kumirimiz başqa sözlə, sevimli aktyormuz ( aktrisa ) olub.

“Gencaile.az” Ailə.Lent.az-a istinadən yeniyetmələrin məşhurlara heyran olma səbəblərini təqdim edir.

Yeniyetməlik dövründə bir çox insanlar məşhurlara heyranlıq duyaraq onları təqlid edirlər. Bu vəziyyətdə ailələrin tənqidçi olmamaları lazımdır.

Yeniyetməlik dövrü insanlarda şəxsiyyətin formalaşmağa başladığı, həyatla bağlı məsələləri gənc və təcrübəsiz düşüncəsi ilə dərk etdiyi və idarə etməyə çalışdığı vaxtdır. Yeniyetmə olmaq, ailə, məktəb, dostlar çevrəsi, məşhur sosial əhatə ilə böyüməkdir. Başqa sözlə, insanların ondan gözlədiklərinin nə olduğunun fərqinə vardığı mərhələ hesab olunur.

Analar deyinir, “Qardaşımın məşhurlara olan marağı bizi qorxudur, 16 yaşında qardaşım var, bir müddətdir qəribə davranır, saçlarını cürbəcür formalara salır. Elə bilir ki, Justin Bieberdir” – deyə, bacılar deyinir.

Digər tərəfdə isə yeniyetmə şəxsiyyət olaraq özünü tam ifadə edə bilmir. Belə vaxtlarda hiss edilən çatışmazlıqla mübarizə aparmaq üsulu olaraq yeniyetmə ideallaşdırdığı, çevrəsinin ya da toplumun qəbul etdiyi insanları özünə obraz seçir.

Bu insanlar sənət, siyasət, idman sahəsində məşhur olan simalardan tutmuş, qonşuluqdakı əmilər, dayılar, xalalar, bibilər də ola bilər. Məsələn, yeniyetmələr uşaq olarkən sevdikləri futbolçunun adını köynəklərinin arxasına yazdırıb futbol oynayarkən də özləri-özlərinə şərhçilik də edirlər. Şərhçi uşaq topu özü vurur, amma həm də formasında yazılan adı çağırır. Bunun adı ideallaşdırmaqdır. Uşaq öz şəxsiyyətini ideal şəxsiyyətlə bağlayır. Topa yeniyetmə Əhməd vurur, amma o topu Arda Turan kimi vurur. O, özünü Arda Turan kimi hiss edəndə topa daha inamla və güvənlə vurur.

Yeniyetmə fərdlər təsdiqlənmək istəyir

Model kimi qəbul edilən insanlar yeniyetmənin həll edə bilmədiyi suallara cavab verə bilirlər. Onların qəbul edilən obraz olmalarına səbəb geniş kütlə tərəfindən təsdiqlənmələridir. Təsdiqlənmə hissi yeniyetmələrdə güvən və inam hissini oyadan ən önəmli faktorlardandır. Buna görə də, təsdiqlənən obraz kimi davranmaq, onun kimi geyinmək, onun kimi danışmaq, istifadə etdiyi aksessuarlardan istifadə etmək yeniyetmə üçün böyük əhəmiyyət kəsb edir.

Lakin bəlli bir müddətdən sonra yeniyetmə kimisə təqlid etməkdən yorulacaq. Bundan sonra isə o özünə aid olan davranışları nümayiş etdirməyə başlayır. Lakin məşhuru təqlid etmək bir vərdişə də çevrilə bilər, buna görə də yeniyetmənin həyatına diqqət etmək lazımdır. Zaman keçdikcə onun özünə aid davranış və xüsusiyyətlərinin daha maraqlı olduğunu bildirmək lazımdır.

Ailələrin diqqətinə!

Obraza girən yeniyetməyə qarşı kəskin mövqe tutmayın. Yeniyetmə yolunu aza bilər və özünü arada qalmış hiss edə bilər. Daha yaxşı olar ki, yeniyetmə ilə  onun yaratdığı obraz haqqında danışın, onun həmin obrazda nəyi bəyəndikləri ilə maraqlanın. Bu zaman yeniyetmədə nəyin çatmadığını biləcəksiniz. Valideynlər övladlarına yaxın olmalıdırlar. Onun bütün davranışlarına qayğı ilə yanaşın, özünü tapmasına kömək edin. Bu zaman o yaratdığı obrazdan daha tez əl çəkəcək. Əks halda isə, psixoloqa müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir