yer 5

Yer kürəsinin heyratamiz guşələri – FOTOLAR

Baxış sayı: 497

Planetimiz heyrətamiz və çoxşaxəlidir. Halbuki, bu gün insanlar Yer kürəsini artıq o qədər öyrəniblər ki, belə təəssürat yaranır ki, artıq o, heç kəsi təəccübləndirə bilməz. Amma əslində bu belə deyil. Çünki bu gün də planetimizdə öyrənilməyən və gözdən kənar düşən yerlər çoxdur. Məhz bu yerlər haqqında danışmaq istəyirik.

 

Şanay-Timpişka çayı (Peru)

Amazonun altı kilometr uzunluğunda yerləşən kiçik Şanay-Timpişka çayı öz temperaturu ilə təəccübləndirir. Bu ərazidə suyun temperaturu 91C-ə çatır. Yerli sakinlər suyun günəş şüaları ilə qızdırıldığına inanırlar. Təsadüfən suya girən hər hansı bir heyvan dərhal ölür. Bir müddət əvvəl alimlər çayın sahillərində elmə məlum olmayan mikroorqanizmləri də kəşf ediblər. Qəribədir ki, onlar belə yüksək temperaturdan asanlıqla yaşayırlar. Bir çoxları suyun vulkanların aktivliyi nəticəsində istiləndiyini söysələ də, lakin bu, belə deyil. Çünkü bu yerə ən yaxın olan vulkan buradan 700 km məsafədə yerləşir.

 

Movile Mağarası (Rumıniya)

Rumıniyada yerləşən Movile mağarası 1986-cı ildə geoloq Kristian Lasku tərəfindən kəşf edilib. 5 milyon il yaşı olan mağara milyonlarla ildir ki , dünyanın qalan hissəsindən təcrid olunub. 50 metr dərinliyində və 240 metr uzunluğunda olan mağaranın havası kükürd və müxtəlif radioaktiv maddələr ilə zəngindir. Burada yerləşən gölməçələrin tərkibində karbon qazı, hidrogen sulfidi və metan cox olsa da, buna baxmayaraq burada bir neçə canlı mikroorqanizmlər aşkar olunub.

 

Matuşka Şipton mağarası (Böyük Britaniya)

İngiltərənin Neyrsboro şəhərində Matuşka Şipton adlı qeyri-adi bir mağara mövcuddur. Maraqlıdır ki, lakin mağaranın su axını hər hansı bir əşyanı daşa çevirir. Turistlər tərəfindən müntəzəm olaraq qoyulan müxtəlif oyuncaqlar və hətta velosipedlər bir neçə aydan sonra sözün həqiqi mənasında daşla örtülür. Alimlərin düşüncələrinə görə, bu mağaranın su axınlarının tərkibində çoxlu miqdarda minerallar olduğuna görə burada bir necə müddət qalan əşyalar daş ilə örtülür. Lakin bunun sübutu hələ də yoxdur. Yerli sakinlər isə bu yeri lənətlənmiş hesab edirlər.

 

Kasorzo ağacı (İtaliya)

Tut ağacının üstündə bitən albalı ağacı İtaliyada, Qrana və Kasorzo şəhərləri arasında Pyemont qəsəbəsində yerləşir.

Çox maraqlıdır ki, “İkiqat ağac” kimi də tanınan Bialbero di Casorzo (“Kasorzonun ikiqat ağacı”) ölçüsünə görə digər ağaclardan fərqlənmir.

Tut ağacının üzərindəki albalı ağacı həyat üçün vacib olan bütün elementləri tut ağacından alır.

Fərziyyələrə görə, hər kəsin diqqətini özünə cəlb edən bu qeyri-adi ağac bir quşun albalı ağacının toxumunu tut ağacına atması nəticəsində yaranıb.

Nadir rast gəlinsə də, Kasorzonun ikiqat ağacı bu formadakı üçüncü ağacdır. Ancaq Kasorzonun ikiqat ağacını digər iki ağacdan fərqləndirən əsas xüsusiyyət ölçüsünün böyüklüyüdür.

Bu möhtəşəm mənzərəli ağacın budaqları 5 metr ətrafa yayılıb.

 

Katatumbo ildırımları (Venesuela)

Marakaybo gölündə ilin 260 günü aramsız şəkildə ildırımlar çaxır. Bu fenomeni “Marakaybo mayakı”, “Katatumbo ildırımları” və ya “Əbədi göy gurultusu” da adlandırırlar. Adanın üzərindəki səmada gecələr 9 saat fasiləsiz ildırımlar çaxır.
Ekvator boyunca il ərzində ildırımların sayı dünyanın digər yerləri ilə müqayisədə daha çox olur. Afrikanın mərkəzindəki Konqo Demokratik Respublikası “dünyanın ildırımlar mərkəzi” kimi tanınır. Bu ölkədəki Kifuka dağ kəndinin ərazisinin hər kvadrat kilometrinə ildə 158 ildırım düşür.
Fəqət Venesuelanın şimal-qərbindəki Marakaybo gölü bu rekordu təzələyib. Çünki bu məkanın hər kvadrat kilometrinə ildə 250 ildırım düşür.

Oktyabrda, yağışlar mövsümündə isə göldə hər dəqiqədə orta hesabla 28 dəfə ildırım çaxır. Katatumbo ildırımlarının sirrini açmaq istəyən alimlər belə qərara gəliblər ki, buradakı bataqlıq ərazilərindən yüksək miqdarda metan ayrılır və yuxarı qalxır. And dağlarından əsən külək isə tufan və ildırım yığınını bura gətirir. Beləliklə, Katatumbo ildırımları yaranır. Onların düşüncələrinə görə, Katatumbo ildırımları yerin ozon təbəqəsinin yenilənməsinə səbəb olan bir təbii hadisə olduğundan Marakaybo gölü ərazisi UNOESKO-nun müdafiəsi altında olmalıdır.

 

Hokkaydo gölməçəsi (Yaponiya)

Əslində Yaponiyanın ərazisində bir çox müxtəlif gölməçələr mövcuddur. Lakin Hokaydo bölgəsində yerləşən və Hokkaydo gölməçəsi kimi tanınan kiçik bir su hövzəsi gözəlliyi ilə turistlərin diqqəti cəlb edir. Çox maraqlıdır ki, gölməçədə baxdığınız bucaqdan asılı olaraq suyun rəngi dəyişir. Düzdür, o, tamamilə təbii mənşəli deyil. O, 1988-ci ildə ərazini seldən qorumaq üçün bənd tikintisi zamanı yaranıb. Tədqiqatçılar yaranan gölməçənin qeyri-adi rəngini suda alüminium hidroksid hissəcikləri şəklində çirklərin olması ilə izah edirlər.

 

Samirə Tağıyeva

yer 3

yer 4

yer 6

yer 2

yer 1

yer 5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir