Sənət aləminin tanınmış simaları yaradıcılıqları ilə yanaşı, şəxsi həyatlarıyla da tez-tez gündəmə gəlir. Bəzənsə bir məşhurun, digər tanınmışla sevgili olduğu xəbəri yayılır.
“Gencaile.az” Axşam.az-a istinadən adları birlikdə çəkilən tanınmışların siyahısını təqdim edir:
Bir neçə il bundan əvvəl müğənni Vasif Məhərrəmlinin həmkarı Xatun Əliyeva ilə sevgili olması xəbər yayılmışdı. Bir müddət sonra cütlük ayrılıb, V.Məhərrəmli ikinci dəfə ailə qurub.
Prodüser Təranə Səmədova ilə idmançı Ceyhun Vəliyevin də sevgili olmaqalarıyla bağlı xəbər mediada yer alıb. Daha sonra isə T.Səmədova dicey Roşka ilə sevgili olmuşdu.
Rejissor Aqil M.Quliyevlə müğənni Nura Suri də bir vaxtlar sevgili olublar. Cütlüyün ayrılmasına səbəb qısqanclıq olub.
Əməkdar artist Röya Ayxanın bir çox mahnıların söz müəllifi kimi tanınan Azad İsayevlə münasibət yaşadığı iddia olunurdu. R.Ayxanın adı daha sonra aktyor Elşən Orucovla birlikdə hallanıb. Cütlük açıqlama verərək, sadəcə dost olduqlarını bildirmişdi.
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olub. Onların münasibətləri bir neçə il davam edib. Ayrıldıqdan sonra ifaçılar uzun müddət küsülü qalıb. N.Qaraçuxurlu ötən il başqa bir xanımla ailə qurub.
Rəqqasə Oksana Rəsulova ilə reper Elşad Xose ailə qurub, 1 ildən artıq evli qalıblar. Oksananın daha sonra meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması xəbərləri yayılmışdı.
Aktrisa Ülviyyə Əliyeva ilə aktyor Hüseyn Əlili ailəli olub. Boşandıqdan sonra H.Əlili aktrisa Gültacla ailə qurub.
Müğənni Xatirə İslamın həmkarı Rüfət Axundovla sevgili olması xəbəri yayılmışdı. Bu şayiə hər iki tərəfi də özündən çıxarmışdı. İfaçılar açıqlama verərək, uşaqlıqdan bir yerdə böyüdüklərini, indi isə ailəvi dostluq etdiklərini bildirmişdilər.
Müğənni Zamiq Hüseynovun ATV-nin aparıcısı Nanə Ağamalıyeva ilə sevgili xəbərləri yayılmışdı. Zamiq açıqlama verərək, yaxın dost olduqlarını bildirmişdi.
Bir-biri ilə ailəli olan tanınmışlar da az deyil.
ATV-nin aparıcıları Samirə Mustafayeva ilə Vaqif Aydınoğlu ailəlidir. Cütlüyün bir qız övladı var.
Müğənni Nurkan və Lalə cütlüyü də uzun illərdir ailəlidir. Onların bir qız övladı var.
ATV-nin keçmiş aparıcıları Natiq və Aytən Əliyeva da uzun illərdir ailəlidirlər. Cütlüyün bir oğlu da var.
Müğənni Elton Hüseynəliyevlə prodüser Toma ailəlidir. Cütlüyün iki qızı var. Ötən il boşanan Elton və Toma qısa vaxt sonra yenidən barışıb.
Aparıcı Turan İbrahimov vizajist Nərminlə ailəlidir.