yorgun

Yorğunluğa 5 addımda çarə

Baxış sayı: 881

İş zamanı göz qapaqlarınız ağırlaşır? Yorğunluq hiss edirsiniz? Yatmaq istəyirsiniz? Bu enerjinizin azaldığının göstəricisidir. “Gencaile.az” Türkiyə mətbuatına istinadən yorğunluqdan cəmi 10 dəqiqədə qurtulmağın yollarını açıqlayacaq.

1. Səhər yeməyindən imtina etməyin

Nə qədər iştahsız olsanız belə, səhər yeməyini atlamayın. Xüsusuilə də, proteyin qəbulu sizi uzun müddət tox tutacaq və yorğunluğunuzun qarşısını alacaq. Ağ çörək, meyvə suyu, ağ undan hazırlanmış şirniyyatları səhər qəbul etməyin. Bu insulin dirəncinizi pozaraq gün ərzində yorğun qalmağınıza səbəb olacaq.

 

2. Qanınızı “hərəkətləndirin”

Xüsusuilə də, oturaq işdə çalışanlar yorğunluqdan şikayət edir. Yerinizdən qalxıb 5-10 dəqiqə gəzmək və ya nəfəs hərəkətləri sizi özünüzə gətirəcək.

 

3. Çərəzlərlə “dost” olun

Çərəzləri, xüsusilə də maqnezium və fol turşusu ilə zəngin badam, fıstıq enerjinizi bərpa edəcək və tez acmağınızı əngəlləyəcək.

 

4. Suyu yanınızdan ayırmayın

Əksər hallarda yorğunluğun tək səbəbi bədənin susuz qalmasıdır. Gün ərzində 2 litr su içməyə vərdiş edin.

 

5. Çantanızda darçın çubuğu və nanə yağı saxlayın

Bu bitkilərin əhval ruhiyyəni artırdığı sübut edilib. Yorğun hiss etdiyiniz zaman darçın çubuğu qoxlasanız və ya nanə yağı ilə biləklərinizi ovsanız fərqi hiss edəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir