qadin

“Yox” deyə bilmirsiniz? – DEPRESSİYADASINIZ

Baxış sayı: 1. 740

Mümkünsüz tələblərə belə “yox” deyə bilməyən insanların şəxsiyyət problemi yaşadıqları və bunun bir depressiya əlaməti olduğu deyilir.

Bəzi insanlar ətrafındakıların tələblərini müsbət qarşılamaq üçün hətta özlərinə problem yaradır, “yox” deyə bilmirlər. İnsanların “yox” deyə bilməməsini struktur bir problem kimi qəbul edən mütəxəssislər onların asılı olduqları və “yox” deməkdə çox böyük çətinlik yaşadıqlarını vurğulayıblar.

Ətrafımızdakı insanlar bizdən çətin bir şey tələb edəndə buna razılıq verib-verməmək arasında qərarsız qalırıq. “Yox” demək güclü iradə tələb edir. Əgər “yox” desək bu zaman həmin insanla aramızın pozulacağını düşünürük.

 

“Yox” deyə bilməyən həmişə qurban verir

İnsanlar qarşısındakı insanla münasibətləri zəifləməsin deyə hər tələbinə “hə” deyərək qurban verir. “Yox” demək üçün güclü iradə lazımdır. Güclü iradənin təməlləri də uşaqlıqdan qoyulur.

Uşaq yaşlarında valideynlər uşaq onların istədiyi kimi olanda mükafatlandırıb, istəmədikləri kimi davrananda  cəzalandırırsa, uşaqla valideynlər arasındakı bu münasibət həmin uşağın gələcək münasibətlərinə də təsirsiz ötüşməyəcək.  Həmin uşaq gələcəkdə ətrafındakı insanların könlünü  xoş tutmaq üçün dayanmadan “hə” deyəcək.

Normalda çox iradəli bir insanın öz nəfsinin tələblərinə də “yox” demədiyi hallar olur.  Hətta “yox” deyə bilmədiyi üçün depressiyaya girənlər var.

 

“Yox demək üçün..

– Hisslərinizə qulaq verin

– Məntiq və vicdanın səsini dinləyin

– Ətrafınızdakı insanların nə deyə biləcəklərini düşünün və onların düşüncələrinə qulaq verin

– Bundan sonra “Hə” və ya “Yox”, hansı doğrudursa,  ona qərar verin.

– Güclü iradənizlə verdiyiniz ən düzgün qərardan sonuna kimi vaz keçməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir