pul

Yoxsulluğa qalib gəlmək üçün 10 təfəkkür vərdişi

Baxış sayı: 1. 396
Bizim maddi rifahımız təkcə zəhmətdən yox, eyni zamanda təfəkkür vərdişlərindən asılıdır. Uzun müddət işləmək, dahi olmaq, istedad sahibi olmaq olar. Amma bununla yanaşı pulunuz qalmır, uğur sizdən yan qaçır. Yoxsulluq səbəbi tənbəllik və hərəkətsizlikdə yox, düzgün olmayan fikirlərdədir.

Beləliklə, yoxsulluqla mübarizə aparmaq üçün bəzi düşüncə tərzlərini təqdim edirik:

 

1.”Vermək” və “almaq” arasında balansı qoruyun

Özünə ziyan vuraraq ətrafdakı insanlara kömək etmək səfehlikdir. Beləcə siz özünüzü dəyərdən salır və imkanlardan imtina edirsiniz. Eyni zamanda ətrafdakı insanların yardımına möhtac olan parazitə çevrilmək də lazım deyil. Belə bir hərəkət enerji balansını pozur və finans məsələlərində problemlər yaradır.

 

2.İstədiyinizə fokuslanın

Varlı olmayanların ən böyük səhvi problemlərinə və qorxularına düşkün olmaqdır. Onlar hər gün necə pis yaşadıqlarından başqa heç nə düşünmürlər-pul yoxdur, sağlamlıq pis gündədir, paltarlar köhnəlib. İmkanı olan şəxslər isə istədiklərini əldə etməyə fokuslanırlar. Onlar mənfiləri yox, daha çox pul qazanmağı düşünürlər.

 

3.Çox yox, sevgi ilə işləyin

Çox işləmək çağırışı texniki inqilaba qədər idi. İnsanlar o dövrə qədər hər işi əlləri ilə görürdülər. XX əsrdə isə təhsil və beyin işi ön plana çıxdı. Məhz bu zaman dedilər ki, ağır yox, ağılla işləmək lazımdır. Bu gün bu deyim də köhnəlib. XXI əsrdə isə işə ürəklə yanaşanlar uğur əldə edirlər.

 

4.Pozitivə köklənin

Əgər hər qəpiyi çətinliklə qazanırsınızsa, gecələr də işdə qalır və minimum tələblərinizi güclə əldə edirsinizsə, uğuru sizdən yan qaçıran fikirləri üzə çıxarın. Şüuraltındakı “pul əl çirkidir”, “qızıl teştdə qan qusmaq”, “pul insanı korlayır” kimi fikirləri beyninizdən silin. Düşünün ki, siz çox qazanca layiqsiniz və heç nədən qorxmaq lazım deyil.

 

5.Komfort zonanınızı genişləndirin

Düşünmək lazımdır ki, kasıbların tələbatı varlılardan daha azdır. Əgər kasıblar minimum tələbləri düşünürsə, varlılar daha geniş düşünürlər-xaricdə istirahət, komfortlu ev, bahalı maşın, bahalı restoranlar, bahalı təhsil. Onlar üçün həyatın təməli budur. Bu səbəbdən adi həyat çərçivəsindən kənara çıxın və daha çox istəyin. Arzularınız nə qədər çox olsa, imkanlar o qədər artacaq. Ulduzlara doğru can atın!

 

6.Borca qarşı fikrinizi dəyişin

Kredit və vergi ödəyəndə nə hiss edirsiniz? Əgər əsəbləşir və həyatın ədalətsiz olduğunu düşünürsünüzsə, heç vaxt borc bataqlığından çıxa bilməyəcəksiniz. Biz yayımladığımız hissləri özümüzə cəlb edirik. Pulu ürəklə verin, borcdan qurtulmağa sevinin. Eyni zamanda geri qaytarılmasa, bunu sakit qarşılaya bilməyəcəyiniz məbləğdə pulu borc verməyin.

 

7.Böyük pullarla işləməyi öyrənin

Yoxsulluq genləri bədənimizi böyük pullar qarşısında həyəcanlı olmağa vadar edir. Biz yüz minlərlə pulu bölüşdürə, xərcləyə sərf edə bilmirik. Çünki özümüzü bu pulun sahibi saymırıq. Böyük pulu tez xərcləmək və ya banka qoymaq istəyirik. Təbii ki, özünə qarşı bu inamsızlıq rifahı azaldır. Sadəcə düşünmək lazımdır ki, bu vəsait məqsədə çatmaq üçün lazımdır.

 

8.Daxili dəyərinizi artırın

Zəhmətimiz qarşılığında aldığımız pul özümüzə qarşı münasibətimizin əksidir. Əgər siz maraqlarınızı qurban verməyə, arzularınızı ört-basdır etməyə, özünüzə “yox” deməyə vərdiş etmisinizsə, niyə digərləri sizə başqa cür münasibət bəsləsin ki? Siz özünüzü sevmir, yaxşı işçi hesab etmirsiniz. Niyə sizə çox maaş versinlər ki? Özünüzə qarşı münasibətinizi dəyişin.

 

9. Sağ qalmaq yox, yaşamaq üçün qazanın

Kommunal xərcləri ödəmək və ərzaq almaq yeganə məqsəd olmamalıdır. Bu, az gəliri olan insanların əsas problemidir. Onlar pulu ancaq lazım olana xərcləyirlər, xoşlarına gələnə yox. Xoşuna gələn paltar ilə endirimdə olan paltar arasında yüz faiz ikincini seçirlər. Varlılar fərqli davranırlar. Onlar pulu qazanırlar ki, istədiklərinə xərcləsinlər.

 

10. Minnətdar olun

Ən sadə, eyni zamanda ən vacib məsələlərdən biri də dünyaya onun qayğısına,  həyatda irəliləməyə yardımçı olan yeni imkanlar və insanlara görə təşəkkür etməkdir. Optimist yanaşın, imkanlarınızı genişləndirin, hətta ən çətin vəziyyətdə də sizi güclü edən nəsə axtarın. Düşünün, dünya sizin tərəfinizdədir. Sizin üçün sehr sayılan onun üçün sadəcə riyazi hesablamadır.

 

Hikmət Həsənov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir