Təzyiqi normada saxlamaq həyati vacib məsələdir. Adətən bu məqsədlərlə dərmanlardan istifadə olunur.
Əksər hallarda hipertoniya xəstələri bu dərmanları həyatın sonuna kimi içməli olurlar.
Lakin bəzi vasitələrin köməyi ilə təzyiqi dərmansız da salmaq mümkündür.
Alimlərin müşahidələrinə görə, dahi bəstəkarlar Mozart və Ştrausun musiqisi təzyiqi salmağa yardım edir. Bu həm sistolik, həm də diastolik təzyiqin göstəricilərinə aiddir.
“Hər gün 25 dəqiqə ərzində Motsart və Ştrausun musiqisini dinlənmək təzyiqi salır”, – almaniyalı alimlər qeyd edirlər.
Mütəxəssislər bunu klassik musiqiyə qulaq asan insanlarda stress hormonu olan kortizolun səviyyəsinin azalması ilə əlaqələndirirlər. Böyrəküstü vəzilərinin ifraz etdiyi kortizol təzyiqi qaldırır, damarları daraldır.