kismish

Yüksək təzyiqi olanlar üçün təbii dərman

Baxış sayı: 8. 617

Həyat tərzini yaxşı istiqamətə dəyişməklə təzyiqə nəzarət etmək olar. Bu istiqamətdə zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyi artırmaq  olduqca vacibdir.

Az piyli qidalardan istifadə etmək, kişmiş, quru meyvələrlə sağlam qidalanmaq məsləhətdir. Gündəlik qida rasionunda isə xeyirli olan meyvə və tərəvəzlərdən istifadə çox gərəklidir. Kaliumlu qidalara üstünlük verilməsi və kök adamlarda çəkinin azaldılması  bu istiqamətdə vacib məsələlərdən hesab olunur.

Məlumata görə ABŞ-dakı Luisvill metabolizm və aterosklerozu öyrənmə mərkəzində fəaliyyət göstərən tədqiqatçılar belə hesab edirlər ki, kişmiş yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Tədqiqatçı komandanın təzyiqi yüksək olan insanlar üzərində eksperiment apardığı bildirilir. Tədqiqatda iştirakçıları təsadüfi seçimlə iki qrupa ayırıblar. Hər iki qrupun üzvləri üç ay müxtəlif qəlyanaltılar, o cümlədən meyvə, tərəvəz, kişmiş və digər buna bənzər hazır məhsullardan istifadə ediblər. Bütün qəlyanaltıların kalorisi eyni olub.

Araşdırmanın nəticələri göstərib ki, kişmişdən istifadə sistolik və diastolik arterial təzyiqə kömək edir. Bununla belə, onlar deyiblər ki, kişmişin tərkibində ürək-damar sisteminin sağlamlığına müsbət təsir göstərən kalium, sellüloz, pofenol və antioksidantlar çoxdur. Bir sıra mütəxəssislər sağlamlığının qədrini bilən hər kəsə təbii meyvə-tərəvəz və quru meyvələr yeyilməsini məsləhət görüblər. Lakin təzyiq yüksəkdirsə, təkcə pəhrizi dəyişmək yox, həm də həkimə müraciət etmək lazımdır.




1 şərh “Yüksək təzyiqi olanlar üçün təbii dərman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir