TEST

Yumor hissiniz güclüdür? – TEST

Baxış sayı: 1. 757

Əgər kimsə meşəyə göbələk yığmağa uşaq arabası ilə gedirsə, demək o,bunu

1.Maraq üçün edir.

2.ilanlardan qorxduğu üçün edir.

3.göbələkləri daha yaxşı görmək üçün edir.

 

Çəlləkdə pivə satan kişi başqasına pul verib,limonad almağı xahiş edirsə,demək o,

1.Pulunu daha xeyirli xərçləmək istəyir.

2.İnsanları güldürmək istəyir.

3.Artıq düz yola gəlib.

 

İş yoldaşınız işdə yuxuya gedib.Siz:

1.Rəhbərliyi onu oyatmaq üçün çağırarsınız.

2.O durana kimi bir stəkan çay içərsiniz.

3.Qapını bərk çırparsınız ki, o oyansın.

 

Avtobusda yaraşıqlı oğlan(qızla)tanış olmusunuz. O,sizinlə görüşməkdən imtina edir.Siz cavabınızda:

1.Sizinlə görüşməyimə şad oldum.

2.Yaxşı,eybiyox,başqa vaxt görüşərik.

3.Niyə?

 

Yolda biri yaxsınlaşıb sizdən 50 qəpik istəyir. Siz cavabınızda:

1.Özüm mənə pul verə biləcək adam axtarıram.

2.Pulum yoxdur.

3.Nəyinə lazımdır?

 

Yolda gözünüzə belə bir elan sataşır:”Volqanı nəyə oldu dəyişirəm”Sizcə, bu elanı verən insan:

1.Gözləyir ki,görəsən mənim tələmə düşən hansı ağıllı olacaq?

2.Yəqin bilmir pulları hara xərcləsin.

3.Deyəsən, onun başı xarab olub.

 

Avtobusa qəfildən kimsə ayağının üstünə çıxıb və çəkilmək istəmir. Siz deyirsiniz:

1.Üstündə dayandığınız o ayaq var ha, mənimdir.

2.Bəlkə sizinlə yerlərimizi dəyişək.

3.Zəhmət deyilsə, bir az o tərəfə çəkilin.

 

Detektiv filmin ən maraglı hissəsində ekran qaralır.Siz düşünürsünüz ki:

1.Bu ərəfə filmin sonunu düşünə bilmək üçün əla imkandır.

2.Təbii,haldır, ola bilər.

3.Telekanalın işçiləri işlərini pis görürlər.

 

Telelotoda biletiniz uduşa düşüb. .Lakin onu təqdim edib, uduşu götürmək yadınızdan çıxıb.Sizin reaksiyanız:

1.Şansımı qaçırtdım.

2.Mənim bəxtim onsuz da yoxdur.

3.Həyatda hər zaman uğursuzlugnan qarşılaşmışam.

 

Qonaqlıqda sizi sevmədiyiniz bir yeməyə qonaq edirlər.Siz:

1.Gülümsənərək, ev yiyəsinin məharətli aşpaz olduğunu bildirərsiniz.

2.Məcburən xörəyi yeyərsiniz. Amma üzünüzü elə turşudursunuz ki,hamı başa düşsün ki,siz bu yeməyi bəyənmirsiniz.

3.Yeməkdən imtina edirsiniz.

 

Hər birinci cavaba 3xal, ikinci cavaba 2 xal, üçüncü cavaba isə 1xal

 

NƏTİCƏ:

21 xaldan 30 xala kimi: Yumorist insansınız hər şeydə bir zarafat axtarırsınız. Şən olmağınız yaxşıdır, amma bu xasiyyətinizlə başqalarının xətrinə dəyə bilərsiniz.

 

11 xaldan 20 xala kimi: Yumor hissiniz güclüdür. Lakin belə başqalarını bezdirə bilərsiniz. Bir az ciddi olsanız, insanlar dediyiniz sözlərə inanarlar.Çünki danışdığınız hər mövzunu zarafat bilirlər. Atalar yaxşı deyib: Yalançının evi yandı,heç kim inanmadı.

6 xaldan 10 xala kimi: Şənsiniz. .Bu xasiyyətiniz insanlara da siyarət edir. Dostlarınızın əhvalını aça bilməyiniz sizi daim diqqət mərkəzində saxlayır.

0 xaldan 5 xala kimi: Cansıxıcı xasiyyətiniz var. Darıxdırıcı insansınız. Sizi dostlarınız da əyləndirə bilmir. Bəzən elə olur ki, dostlarınız bu qarabaqlığınızdan bezib, sizin əhatənizdən uzaqlaşırlar. Belə davam etmək olmaz. Özünüzü ələ almağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir