Yumşaq əllər üçün təbii maskalar

Baxış sayı: 3. 701

Əllərimizi örtən dəri gün boyunca bakteriya, yuyucu toz, sabun, metal, stəkan və daha nələrlə təmasda olur.

Qadınlar bəzən buna laqeyd yanaşır. Ancaq əllərin qurumaması, vaxtından əvvəl yaşlanmaması və qəhvəyi rəngli ləkələrdən qorunması vacibdir. Bunun üçün Aile.lent.az-ın bəzi tövsiyələri var.

Yuyucu toz istifadə edərkən əlcəkdən mütləq istifadə edin. Günəşdə gəzərkən üzünüzlə yanaşı əlinizin üzərinə də günəş kremi vurmağı unutmayın. Təbii ki, imkan daxilində maskalardan istifadə edin.

Əlləri yumşaldan maskalar

Maska – 1.

1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı şəkər götürün. Şəkəri ovcunuzun içinə alıb, zeytun yağını yavaş-yavaş üzərinə tökün. O biri əlinizlə qarışdırıb barmaq, barmaq aralarını bununla masaj edin. 5 dəqiqə masajdan sonra əllərinizi ilıq suyla yuyun.

Maska – 2.

Gecə yatarkən əllərinizi vazelinlə masaj edib corab keçirin.

Maska – 3.

Əllərinizdə qəhvəyi rəngli ləkələr varsa, yarım limonun suyu, 2 çay qaşığı bal, 2 çay qaşığı sodanı qarışdırıb əllərinizi bununla masaj edin. 10 dəqiqə sonra ilıq su və sabunla yuyun. Bununla həm də əllərinizi nəmləndirmiş olarsız.

Əllərinizi çox isti suda yumayın. İstifadə etdiyiniz sabun rəngli və qoxulu olmasın. Yumşaldıcı təsirli qoxusuz sabunlar seçin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir