yumurta

Yumurta bu cür daha dadlı olacaq - Qızardılmış və turşməzə

Baxış sayı: 424

Səhər yeməkləri arasında xüsusi yer tutan yeməklərdən biri yaxşı qızardılmış yumurtadır.

Son zamanlar TikTok-da məşhurlaşan kulinariya hiyləsi göstərib ki, adi bir inqredient – turşu xiyarın duzlu suyu klassik səhər yeməyinin dadını tamamilə dəyişə bilər.

Eksperiment göstərib ki, bu su yumurtaya həm duzluluq, həm də turşməzə çalarlar qatır, eyni zamanda yumurtanın incə dadını kölgədə qoymur. Metodun unikallığı ondadır ki, yumurta əvvəlcə yağda yox, suda bişirilir.

Resept

Yumurta qızdırılmış tavaya sındırılır, ağı bişməyə başlayanda bir xörək qaşığı su əlavə olunur və tavanın ağzı qapaqla örtülür. Bu, yumurtanı buxarda bişirməyə imkan verir və onu çevirməyə ehtiyac qalmır. Təxminən 30 saniyədən sonra bir xörək qaşığı turşu xiyar suyu əlavə edilir. Vacibdir ki, bu su tavada bərabər paylansın. Onu məhz bu mərhələdə əlavə etmək lazımdır ki, yumurtanın ağı bərkiməsin.

Yumurta xırda xardal və sirkə çalarları alır. Adətən sonda əlavə olunan duza isə ehtiyac qalmır. Bu dad xüsusən yumurtanın ağında daha çox hiss olunur və yeməyə gözlənilməz notlar bəxş edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir