yemeye ne var

Yumurta kotletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 368

Kotletin sadəcə ətdən hazırlanmadığını bilirik. Son vaxtlar əsasən yulaf əzməsindən, mərciməkdən, kartofdan və çuğundurdan hazırlanan kotletlər çox sevilir. Sadalanan seçimlərdən başqa biri isə yumurta kotletidir.

Yumurta kotletini yəqin ki, çox az adam bilir. Ancaq dadı heç də ət kotletlərindən geri qalmır. Beləliklə, “Yeməyə nə var?” rubrikasında yumurta kotletinin reseptini təqdim edirik:

 

Lazım olan ərzaqlar: 

Beş orta ölçülü yumurta;

Standart çörəyin dörddə üç hissəsi;

Bir bişməmiş yumurta;

Beş qaşıq püre;

Bir qızardılmış soğan;

Zövqə görə, duz, ədviyyat və hər hansı əlavələr.

Yumurta kotleti

Hazırlanması

Beş toyuq yumurtası tam bişənə qədər qaynadılmalı və otaq temperaturunda saxlanılmalıdır. Daha sonra yumurtaların qabıqlarını soyun. Sarılarını ayırın və bıçaqla doğrayın.

Çörəyin içi suda isladılır və sarısına əlavə edilir. Üzərinə isə qızardılmış soğanı əlavə edirik.  Sonra doğranmış yumurtanın ağı, kartof püresi, çiy yumurta, ədviyyatlar və duz tökün. Yaxşıca qarışdırın və kotletlər düzəldin. Əvvəlcədən isinmiş tavada qızardın. Budur, yumurta kotletləri hazırdır. Nəticədən çox razı qalacaqsınız. Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir