Bəzi ərzaqlar var ki, onları istifadə etməzdən əvvəl mütləq yumaq lazımdır.Əksər insanlar bu tip qidalar içərisində yumurtanın da qeyd edirlər. Alimlərin araşdırmalaraına görə isə sağlamlığımız üçün yumurtanı yumaq lazım deyil.
Məlumata görə yumurta zavodda paketlənərkən onun tərkibinin xarab olmaması üçün qabığına xüsusi maddə vurulur. İstifadədən əvvəl onu yuduqda isə həmin qoruyucu itir və yumurta sındırılan zaman istənilən halda tərkibinə mikrob daxil ola bilir.