Alimlər yuxunun sağlamlığa daha bir faydasını aşkarlayıblar. Aparılan son araşdırmalar yuxu zamanı orqanizmin istehsal etdiyi melatonin hormonunun döş xərçəngi hüceyrələrini öldürdüyünü ortaya çıxarıb.
Melatonin hormonunun istehsal edilməsi üçün zil qaranlıq otaqda yatmaq məsləhətdir. Bu hormon gecə saat 22.00-02.00 arasında daha aktiv olur.
Mütəxəssislərin sözlərinə görə, gələcəkdə xərçəng xəstələrinin müalicəsində melotoninin səviyyəsini yüksəldən dərmanlardan istifadə edilə bilər.